Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 Məhkəmə generalın qızı ilə bağlı qərar verdi | 17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? |
Mojo.az Avto
Mojo.az Avto

Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı"

11.11.2026 16:57 186
Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən:
Kafeni yandıraraq bir nəfərin ölümünə, 12 nəfərin isə ağır xəsarət almasına səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses ölkə hüdudlarından kənarda olan zərərçəkən Namiq Salahov onlayn formatda ifadəsi ilə davam edib.

"Mən həmin ərəfələrdə taksi sürücüsü işləyirdim. Sentyabrın 13-ü idi, həmin kafedə oturmuşdum. O adama hesabı dedilər. Onun "adam kişi olar" dediyini eşitdim. Getdi, bir qədər sonra içəridən benzin iyi gəldi və ətrafı alov bürüdü. Məni də alov tutmuşdu, ayaqyoluna gedib yanan şalvarımı söndürdüm. Ayaqlarım dizə qədər yanmışdı. Sonra çölə çıxıb kömək istədim".

Zərərçəkən müalicə xərclərinin 10 min AZN təşkil etdiyini və bu məbləğ təqsirləndirilən tərəfdən ödənilmədiyindən, ondan şikayətçi olduğunu deyib.

Digər şahid Vuqar Ələkbərov da taksi sürücüsü olduğunu deyib:

"Qobu yolu ilə gəlirdim. Bu adam yolda əl edib maşını saxlatdırdı və əyləşdi. Yolda marketə girib 5 litrlik su götürdü və həmin suyu yerə boşaldıb yanacaqdoldurma məntəqəsindən benzin aldı. O, kafenin yanında düşüb gedərkən pulu olmadığı üçün qolundakı dəyəri 5 manat olan saatı verdi".

Növbəti proses dekabrın 9-na təyin olunub.

Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu Sulutəpə qəsəbəsi ərazisində baş verib.

Kafenin inzibatçısı ilə yaranmış mübahisədən sonra Famil Kərimov oranı tərk edərək yaxınlıqdakı marketlərdən birindən plastik qabda su alıb, daha sonra isə suyu boşaldaraq yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən kafeyə qayıdıb.

Bundan sonra o, benzini oraya səpərək obyekti yandırıb. Həmin kafedə müştəri olan Ceyhun Əhmədli yandığını görərək özünü ikinci mərtəbədə yerləşən kafedən atıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib. Bununla yanaşı, kafedə olan daha 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan bəziləri ikinci mərtəbədən özlərini atarkən onurğa sütununun qırılması kimi ağır xəsarətlər alıblar.

Famil Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 186.2.2-ci (Əmlakı qəsdən məhvetmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
//oxu.az

Son xəbərlər