Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var | 13:07 Hesaba görə başlayan mübahisə qanla bitdi | 13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Yandırdığı kafedə 1 nəfər öldü, 12 nəfər ağır xəsarət aldı

19.08.2026 18:07 321
Yandırdığı kafedə 1 nəfər öldü, 12 nəfər ağır xəsarət aldı
Kafeni yandıraraq bir nəfərin ölümünə, 12 nəfərin isə ağır xəsarət almasına səbəb olmaqda təqsirləndirilən Famil Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin ifadələri ilə işini davam etdirib.

Zərərçəkən qismində ifadə verən H.Ə həmin gün iş başında olduğunu deyib:

"Mən obyekti icarəyə götürmüşdüm, kafe kimi işlədirdim. Famil həmin gün dostları ilə kafeyə gəlmişdi. Pivə, günəbaxan tumu sifariş verdilər. İçkili idi, divardakı aynanı vurub sındırdı. Sonradan yaxınlaşıb hadisəni törətdiyinə görə üzr istədi. Mahnı sifariş verib oynadı. Kafenin ofisiantı Şəhriyara qəlyan gətirməyi tapşırdılar, amma o içəridə çəkməyə icazə olmadığını ona dedi. Bu, Familin xoşuna gəlmədi, qəzəblə Şəhriyara yaxınlaşıb "çıx çölə" dedi. Şəhriyar getməkdən imtina edərək, iş başında olduğunu ona dedi. Famil özündən çıxaraq "əgər mənimlə getməsən, buraya od vurub yandıracam" deyə bağırmağa başladı. Şəhriyar onunla getməyəndə, Famil özünü tez bayıra atdı. Bir də onu gördüm ki, gətirdiyi benzinlə dolu qabı birinci mənim üstümə tökdü. Benzin digər insanlara dəyib onları da islatdı. Alışdırandan sonra Famil tez çölə tərəf qaçdı, qapını tutub camaatı çölə çıxmağa qoymadı. Bizə dəyən ümumi ziyan 27339 manatdır".

Digər zərərçəkən U.İ işdən sonra dostları və iş yoldaşları ilə kafeyə getdiyini bildirib:

"Dostlarımla içəri keçib əyləşdik. Mən əks istiqamətdə idim, girişi görmürdüm. Bir onu eşitdim ki, yanımda əyləşən dostum bir kəlmə "benzin" deyə çığırdı. Tez arxaya döndüm ki, nə baş verdiyinə baxım. Elə bu vaxt işıqlar söndü, içərini alov bürüməyə başladı. Əlimi üzümə tutub küçəyə çıxmağa çalışdım. Qapıya gedib çata bilmədim, heç nə görə bilmirdim. Özümü pəncərədən çölə tulladım. Sonradan kameradan gördük ki, birinci küçəyə atılan Ceyhun olub. Aramızda barışıq olmayıb. Belimdə 2-ci və 3-cü dərəcə sınıqlar var, alnımda çatlar, bud sümüyündə sınıqlar var. Hazırda yeriməkdə çətinlik çəkirəm, əl ağacından istifadə edirəm".

Növbəti proses sentyabrın 9-na təyin olunub. Qeyd edək ki, hadisə 2025-ci ilin sentyabrında paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində baş verib.

Kafenin inzibatçısı ilə yaranmış mübahisə zamanı Famil Kərimov oranı tərk edərək yaxınlıqdakı marketlərdən birindən plastik su qabı əldə edib, daha sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən kafeyə geri qayıdıb.

Bundan sonra o benzini oraya səpərək obyekti yandırıb. Həmin kafedə müştəri olan Ceyhun Əhmədli yandığını görərək özünü ikinci mərtəbədə yerləşən kafedən atıb. C.Əhmədli aldığı xəsarətlərdən dünyasını dəyişib. Bununla yanaşı kafedə olan daha 12 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlardan bəziləri ikinci mərtəbədən özlərini atarkən onurga sütununun qırılması kimi ağır xəsarətlər alıblar.

Famil Kərimova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.
//oxu.az

Son xəbərlər