Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi | 13:57 Azərbaycan Prezidenti Keniyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - Video | 13:56 "Qarabağ" 11 illik fasilədən sonra ardıcıl üç oyunda xal itirib | 13:49 Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edildi | 13:35 Gəncədə rüşvət almaqda ittiham olunan vergi müfəttişi həbs edildi - Təfərrüat (Yenilənib) | 13:34 Məşhur kriptobirjaya kiberhücum: Kim Çen Inın bacısından FTB-nin iddialarına reaksiya | 13:14 Gömrükdə mobil telefon əməliyyatı: Yüzlərlə cihaz ələ keçdi | 13:13 Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü | 13:11 Sumqayıtda 18 yaşlı oğlan özündən böyük sevgilisini küçədə döydü | 13:10 “Stop” niyə “toxta” olmalıdır? Dilçi olmayanlar dilə müdaxilə etməsin – AÇIQLAMA | 13:08 Mingəçevirdə iki avtomobil toqquşdu: Xəsarət alan var |
Mojo.az Avto
Mojo.az Avto

Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü

03.11.2026 13:13 183
Sibel Canın sevgilisi həbsxanada İmamoğlunu gördü: Dava düşdü
İstanbul Respublika Prokurorluğunda Ərzincandan olan deputat Mustafa Sarıgül və ailəsinin ölkə daxilində və xaricində yaradılan şirkətlər vasitəsilə mənbəsi qeyri-müəyyən çirkli pulların yuyulmasına dair əməliyyatlar aparılması, bu pulların investisiya müqavilələrinə uyğun istifadə edilməməsi və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması iddialarına dair istintaq davam edir.

İstintaq çərçivəsində saxlanılan Emir Sarıgül atası Mustafa Sarıgül tərəfindən Yeni Partiya sədri Özgür Özelə 650 min dollara yaxın vəsait ötürüldüyünü etiraf edib.

Median.Az
"Sabah" nəşrinə istinadən xəbər verir ki, bu iddialardan sonra Mərmərə qapalı tipli cəzaçəkmə müəssisəsinə aparılan Emir Sarıgül növbəti qalmaqallı hadisənin əsas iştirakçısına çevrilib. İddialara görə, Emir Sarıgül buraya gətirildikdən sonra sözügedən cəzaçəkmə müəssisəsində saxlanılan İstanbulun keçmiş bələdiyyə sədri Ekrem İmamoğlu ilə rastlaşıb. Bu zaman tərəflər arasında mübahisə baş verib. İmamoğlunun "Özgür Özeli satmısınız" sözlərinə Emir Sarıgül "danışma saxtakar, hamınız saxtakarsınız" sözləri ilə cavab verib.

Qeyd edək ki, bir müddət əvvəl Emir Sarıgülün türkiyəli məşhur müğənni Sibel Canla sevgili olduğu və hətta evlənəcəklərinə dair xəbərlər yayılmışdı.

Son xəbərlər