Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək | 20:53 Azərbaycanda işsizlərin sayı açıqlandı | 20:48 Məhkəmə Ramiz Əzizbəylinin kürəkəni barədə qərar verdi | 20:40 Bakıda kafedə insident oldu - Saxlanılanlar var | 20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Həbsdə olan MTN generalının istəyi ürəyində qaldı

12.06.2024 11:25 717
Həbsdə olan MTN generalının istəyi ürəyində qaldı
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 il 6 ay azadlıqdan məhrum edilmiş generalı Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi mümkün deyil.

"Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsi generalın şikayəti ilə bağlı qərarında belə yazır.

Məhkəmə hesab edir ki, məhkum Quliyev cəzasının 2/3 hissəsini çəksə belə, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanıldığı üçün yeri dəyişdirilə bilməz. Qanuna görə, yalnız ümumi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilər.

Bundan əvvəl Xəzər Rayon Məhkəməsi də eyni səbəbdən müraciəti geri qaytarmışdı.

Yuxarı instansiya məhkəməsi də şikayəti əsassız olduğundan rədd edib.

Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şəxs müəyyən vaxtlarını azadlıqda keçirə bilir.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş E.Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinib.

Son xəbərlər