Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Həbsdə olan general azadlığa çıxmaq istəyir

22.06.2024 13:34 1 212
Həbsdə olan general azadlığa çıxmaq istəyir
Doqquz ildir həbsdə olan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) generalı Elçin Quliyev indi də səhhəti ilə bağlı azadlığa buraxılmasını istəyir.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, general Quliyev ərizəsində yazır ki, uzun müddətdir çəkdiyi xəstəlik cəzasını çəkməkdə ona əziyyət verir. Bu səbəbdən cəzasının çəkilməmiş 1 ildən bir qədər çox hissəsindən şərti olaraq azad edilmək istəyir.

Bir qədər əvvəl də E.Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsini istəyirdi. Lakin birinci və yuxarı instansiya məhkəmələri ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdiyi üçün onun müraciətini təmin etməmişdi.

Qanuna görə, məhkum şəxs ağır xəstəlikdən əziyyət çəkirsə, vaxtından əvvəl cəzadan şərti olaraq azad edilə bilər.

Generalın budəfəki müraciətinə də Xəzər Rayon Məhkəməsində baxılıb. Hakim ərizə ilə tanış olduqdan sonra müraciəti icraata qəbul edib, məhkumun xəstəliyini müəyyən etmək üçün ekspertiza təyin edilib. Ekspert rəyindən asılı olaraq məhkəmə yekun qərar qəbul edəcək.

Qeyd edək ki, ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş general Elçin Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner