Bir pişiyin doqquz canı var, sahibinin isə bir maaşı — KÖŞƏ
Özümə bahalı diş pastası almağa heyfim gəlir, amma pişiyimin dişlərini sağlam saxlamaq üçün 17 manatlıq xüsusi pasta almışdım. Çünki heyvan sevgisi belə bir şeydir: özündən qənaət edirsən, amma evdəki dördayaqlı sakinin sağlamlığından keçə bilmirsən. Hərçənd son vaxtlar bu sevginin də qiyməti xeyli bahalaşıb. Deyəsən, heyvan saxlamaq təkcə sevgi deyil, müəyyən maliyyə imkanları da tələb edən lüksə çevrilib.
Bu qənaətə gəlməyimin səbəbi isə bu yaxınlarda başıma gələn kiçik, amma cibim üçün kifayət qədər böyük bir hadisədir.
Evimizdəki pişik Van cinsindəndir. Van pişikləri Türkiyənin şərqində, Van gölü ətrafında formalaşmış təbii pişik cinsi kimi tanınır. Hətta suya olan xüsusi maraqlarına görə onlara "üzgüçü pişiklər" də deyirlər. Mənimki də bu şöhrətə xələl gətirmir. Su şlanqı görəndə cumur altına, çimir. Həyətdə su ilə oynamaq, çimmək onun üçün əsl əyləncədir.
Amma etiraf edim ki, son vaxtlar onu bir az çox çimizdirmişdim. Pişikləri tez-tez çimizdirməyin məsləhət görülmədiyini bildiyim halda. Bir gün həyəti yuyarkən yenə şlanqın altına girdi. Ardınca isə qəribə dəyişikliklər başladı. Adətən bir dəqiqə yerində dayanmayan, evi başına götürən, gah ora, gah bura tullanan dəcəl pişiyim birdən-birə sakitləşdi. Günün çox hissəsini yatır, az yeyir, səsi də əvvəlkindən fərqli çıxırdı. Narahat oldum. Pişiyi qucağıma alıb baytara aparmaq qərarına gəldim.
Yolda ilk dəfə gördüyüm qapı qonşumla rastlaşdım. Söhbət əsnasında həyətində çoxlu pişik saxladığını, heyvanlara iynə vurduğunu bildirdi. Mən isə bir az da özümü tərifləyərək dedim ki, yox, mütləq baytara aparacağam, qoy həkim dəqiq müayinə etsin. Axı heyvanın sağlamlığı zarafat deyil.
Sonradan düşündüm ki, bəlkə də həmin qadın təsadüfən qarşıma çıxmamışdı. Amma o an kainatın işarəsini oxumaq əvəzinə baytarlıq klinikasına doğru irəliləyirdim.
Həmin klinikada əvvəllər də olmuşdum. Bir dəfə xəstə küçə pişiyini aparmışdıq. Cavan, arıq, sarışın, iri eynəkli bir baytar həkim qarşılamışdı bizi. Küçə pişiyi olmasına baxmayaraq, ona sevgi və diqqətlə yanaşmışdı. Ürək masajı etmiş, sistem qoşmuş, iynə və dərmanlarla əlindən gələni əsirgəməmişdi. Hətta pişiyin bədəninindəki bit-birələri də təmizləmişdi. Təəssüf ki, heyvanı xilas etmək mümkün olmadı. Onu ağ kəfənə bükdülər, biz də məhəllədə torpağa tapşırdıq. Qızım balaca oyuncaq pişiyini qəbirin başına qoyaraq ona özünəməxsus başdaşı düzəltmişdi.
Bu dəfə isə həmin həkim yox idi. Bizi başqa bir gənc, türk baytar qarşıladı. Pişiyə ilkin baxış keçirdi, temperaturunu ölçdü və analizlərin vacib olduğunu bildirdi. Qan göstəricilərini, böyrəklərin vəziyyətini, nəbilim bütün iç orqanlarını yoxlamaq lazım imiş.
Dedik, əlbəttə, yoxlayaq. Heyvanımızdır, sağlamlığı vacibdir.
Sonra qiyməti eşitdim: 250 manat. Gözüm kəlləmə çıxdı.
Bəli, düz oxudunuz. İlkin müayinə 15 manat, analizlər və digər xidmətlər daxil olmaqla nəzərdə tutulan ümumi xərc isə 250 manat idi. Üstəlik, əgər müalicə tələb olunarsa, pişiyi hər gün klinikaya gətirmək və gündəlik 40 manat ödəmək lazım gələcəkdi.
Heç özüm analizə gedəndə bu qədər çox pul çıxmır.
Mən zəngin deyiləm. Heyvanları sevirəm, amma bu sevginin büdcəsi limitsiz deyil. Beləcə, çarəsiz geri qayıtdıq. Aptekdən dəstək aldım, pişiyə vitamin kompleksi verdim. Sanki pişik də qiyməti eşidib sağalmağa qərar vermişdi. Səhəri gün isə möcüzə baş verdi: əvvəlki dəcəl vəziyyətinə qayıtmışdı. Yenə hoppanır, tullanır, evi dağıdırdı.
İnsan sağlamlığı, yoxsa heyvan sağlamlığı – qiymət fərqi haradan yaranır?
Məni düşündürən əsas məsələ də budur. İnsanlar üçün laborator analizlərin, tibbi müayinələrin qiymətləri bu cür yüksək deyil. Söhbət özəl klinikalardan gedir. Heyvanlar üçün nəzərdə tutulan bəzi xidmətlərin qiyməti niyə bu qədər əlçatmazdır anlamır. Yəqin bu da kapitalist yanaşmadır. Düşünürlər ki, heyvan saxlayanlar adətən zəngin olur, heyvan sevən olur, pul xərcləmək də onlara sorun olmaz. Bəs, baytarlıq klinikalarında qiymətlər hansı meyarlarla müəyyənləşdirilir? Analizlərin, laborator avadanlıqların, dərmanların və müalicə prosedurlarının maya dəyəri nə qədərdir?
Bəlkə də klinikaların xərcləri həqiqətən yüksəkdir. Baytar həkimlərin də əməyinin, istifadə olunan tibbi avadanlıqların və preparatların qarşılığı ödənilməlidir. Ancaq xidmətin qiyməti ilə heyvan sahibinin onu qarşılamaq imkanı arasında böyük uçurum yarananda ortaya başqa bir problem çıxır: müalicəyə ehtiyacı olan heyvan sahibinin maddi vəziyyətindən asılı olaraq yardım ala bilirmi?
Deyəsən, bazar iqtisadiyyatı pişiklərin də sosial təbəqələşməsini yaradıb. Bir qrup pişik özəl klinikada tam müayinədən keçir, digərləri isə sahibinin maaş gününü gözləyir. Amma yaxşı ki, küçə pişiklərinin müalicəsi üçün pulsuz müayinə müəssisələri var.
Qiymətlərə nəzər saldıqca başqa maraqlı məqamlar da ortaya çıxır. Məsələn, pişiklər üçün xüsusi diş pastasının qiyməti 17 manatdır. (Yəni mən aldığım, başqa alternativlər də ola bilər) Açığı, özüm üçün bu qiymətə diş pastası almağa iki dəfə düşünərdim. Amma pişiyin dişləri sağlam olmalıdır. Çünki ağız və diş sağlamlığı heyvanların ömrünün uzun olmasına səbəb olur.
Belə çıxır ki, pişiyin dişlərini qorumaq üçün sahibinin əvvəlcə öz büdcəsini müalicə etmək lazımdır.
Əslində, heyvan saxlamaq məsuliyyətdir. Onları evə gətirən insan qidalanma, peyvənd, parazitlərdən qorunma və müalicə xərclərini də nəzərə almalıdır. Ancaq bu məsuliyyət yalnız heyvan sahibinin üzərinə qoyulmamalıdır. Baytarlıq xidmətlərinin əlçatanlığı, qiymət şəffaflığı və heyvanların müdafiəsi də cəmiyyətin və müvafiq qurumların diqqətində olmalıdır.
Heyvan sevgisi də imkanlıların imtiyazına çevrilməməlidir.
Məsələni yalnız bir klinikada qarşılaşdığım 250 manatlıq müayinə ilə məhdudlaşdırmaq istəmirəm. Bu qiymətə hansı analizlərin və prosedurların daxil olduğunu, başqa klinikalarda eyni xidmətlərin neçəyə başa gəldiyini araşdırmaq lazımdır. Bəlkə də eyni müayinənin daha münasib qiymətə həyata keçirilməsi mümkündür. Bəlkə də bəzi klinikalarda qiymət siyasəti heyvan sahiblərinin imkanlarını nəzərə almır.
Ən vacibi isə odur ki, küçə heyvanlarının vəziyyəti daha ağırdır. Evində pişik saxlayan insan heç olmasa onu klinikaya aparmaq, dərman almaq üçün çıxış yolu axtara bilir. Küçədə yaşayan, xəstələnən, yaralanan heyvanların isə çox vaxt heç bir müdafiə mexanizmi yoxdur. Onların taleyi könüllülərin, heyvansevərlərin və imkan daxilində kömək edən insanların mərhəmətindən asılı qalır.
Bəlkə də baytarlıq xidmətlərinin qiymətləri ilə yanaşı, aztəminatlı ailələr və küçə heyvanları üçün güzəştli müalicə mexanizmləri də müzakirə olunmalıdır.
Mənim pişiyim hələlik əvvəlki kimi dəcəllik edir. Evin sakitliyini yenidən pozub, özünü də, bizi də məşğul edir. Buna sevinirəm. Amma bir sual hələ də ağlımdan çıxmır: heyvanını sevən, onu ailə üzvü hesab edən, lakin bahalı müalicə xərclərini qarşılaya bilməyən insanlar nə etməlidir?
Yoxsa yaxın gələcəkdə pişik saxlamazdan əvvəl onun üçün də bank hesabı açmaq, tibbi sığorta və kredit limiti müəyyənləşdirmək lazım gələcək?
Əgər belədirsə, heç olmasa pişiklər üçün kredit tarixçəsi yoxlanılmasın. Onların günahı yoxdur, onsuz da doqquz canları olduğu deyilir. Görünür, doqquz canın doqquzunun da müalicəsi artıq kreditlə başa gəlir.
Median.Az