Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bağça müəllimlərinin işə qəbulu başlayır

25.11.2026 13:48 48
Bağça müəllimlərinin işə qəbulu başlayır
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində mövcud vakant yerlərə tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir.

Bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanında uğur qazanaraq 40 bal və daha yüksək nəticə göstərmiş namizədlər vakant yerlər üzrə 25 noyabr - 1 dekabr 2026-cı il tarixlərində BŞTİ-yə müraciət edə bilərlər.

Müraciət zamanı şəxsiyyəti təsdiqləyən və təhsil haqqında sənədlərin surəti təqdim edilməlidir.

Son xəbərlər