Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:49 Bu rüsum 4 dəfə azaldılır | 11:48 Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat | 11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub | 11:16 Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu | 23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər |
Mojo.az Avto
Mojo.az Avto

Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat

25.11.2026 11:48 81
Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat
Kürdəmirdə sürücülük hüququ olmayan kişi avtomobillə 7 yaşlı uşağı vuraraq öldürüb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Çöl-Ərəb kəndi ərazisindən keçən hissəsində baş verib. Kürdəmirin Atakişili kənd sakini, 1991-ci il təvəllüdlü İqbal Quliyev tanışının adına rəsmiləşdirməklə VAZ-2106 markalı maşın alıb. Sürücülük hüququ olmayan İ.Quliyev həmin maşını bir qədər idarə etdikdən sonra evində viski içib və ailəsi ilə birgə qayınatasıgilə getmək qərarına gəlib. İqbal ailə üzvləri ilə bərabər həmin nəqliyyat vasitəsi ilə yola çıxıb. Rayonun Çöl-Ərəb kəndində idarəetməni itirib və yolu keçən 2019-cu il təvəllüdlü İdayət Hüseynlini vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb. İşin istintaqı yekunlaşaraq, məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə zərərçəkmiş tərəflə barışıq əldə olunub. Məhkəmənin hökmü ilə İ.Quliyev 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 5 il azadlıqdan məhrum edilib.

Son xəbərlər