Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:49 Bu rüsum 4 dəfə azaldılır | 11:48 Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat | 11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub | 11:16 Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu | 23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər |
Mojo.az Avto
Mojo.az Avto

Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə

25.11.2026 11:42 63
Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə
Füzuli rayonunda qətl törətməkdə təqsirləndirilən Elsevər Bağırovun barəsindəki qərardan kassasiya şikayəti verilib.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, şikayət hakim İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq.

İttihama görə, 1977-ci il təvəllüdlü E.Bağırov keçmiş həyat yoldaşını balta ilə öldürüb. E.Bağırov 2006-cı ildə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Dilbər Namazova ilə ailə qurub və onların bu nikahdan iki övladı dünyaya gəlib.

2018-ci ildə E.Bağırov həyat yoldaşından şübhələnib və aralarında mübahisələr başlayıb. Mübahisələrin sonunda cütlük rəsmən boşanıb və Dilbər iki övladı ilə birlikdə atasının evinə köçüb. Amma buna baxmayaraq, Elsevər yenə də onu rahat buraxmayıb. O, bir müddət qızını himayəsində saxlamağa cəhd etsə də, məhkəmə buna icazə verməyib və övladı anası ilə qalıb. O, dəfələrlə qızını görməyə gələrkən onu evinə aparmaq istəsə də, övladı bundan imtina edib, anasının himayəsində qalmaq istədiyini deyib.

Çarəsiz qalan Elsevər Dilbərlə barışıb yenidən birlikdə yaşamağa qərar verib. Amma buna baxmayaraq, Elsevər bir müddət sonra yenidən evdə mübahisələr yaradıb, Dilbər Namazovanın başqa kişi ilə sevgili olduğunu deyib.

Füzuli Rayon Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən D.Namazova 2023-cü ildə yenidən Elsevərdən ayrılıb və atasının evinə qayıdıb. Həmin vaxtdan etibarən onunla əlaqəni kəsib. Lakin Elsevər tez-tez xəstəxanaya gedərək mübahisə edib, onu öldürəcəyini bildirib. D.Namazova bununla bağlı polisə məlumat verib. Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları E.Bağırovu bir neçə dəfə polisə dəvət edərək, onunla profilaktik söhbətlər aparıb, D.Namazovaya mane olmamağı tapşırıblar.

Sonuncu dəfə E.Bağırov Dilbərin işlədiyi xəstəxananın laboratoriya şöbəsinə gedərək qan analizi vermək istədiyini deyib. Ondan analiz götürüləndən sonra Elsevər xəstəxananın inzibati binasında həkimlərlə mübahisə edib. Axşam saatlarında D.Namazova iş yoldaşı Şəhla ilə işdən çıxarkən pilləkəndə Elsevəri görüb. O, Elsevərə fikir vermədən pilləkənləri enib və iş yoldaşının avtomobilinə tərəf gedib. Elə bu vaxt Elsevər üzərində gizlətdiyi baltanı çıxararaq arxadan D.Namazovaya hücum edib. O, balta ilə keçmiş arvadına bir neçə zərbə endirərək yerə yıxıb. Ətrafdakı insanlar və xəstəxana mühafizəçilərinin səyi nəticəsində Elsevərin əlindəki balta alınıb, özü isə hadisə yerindən uzaqlaşdırılıb.

Hadisə nəticəsində ağır xəsarətlər alan D.Namazova xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.

Füzuli RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Bağırov saxlanılıb, fakta görə cinayət işi başlanıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bağırov 18 il azadlıqdan məhrum edilib.

Son xəbərlər