Qətlə yetirilən qadının dörd gün əvvəl dedikləri: "İkinci balta zərbəsindən sonra da dayanmadı" » Median.Az - Bütün xəbərlər bir ünvanda
01:03 Leyla Əliyeva İlham Əliyevin Donald Trampla Vaşinqtondakı görüşündən fotolar paylaşıb - FOTO  |     23:22 Azərbaycanın nümayəndə heyəti Ağ Evə gəldi - Video  |     23:19 "Instagram"ın işində nasazlıqlar yarandı  |     22:53 Rusiyada kanat yolu qırılıb, xəsarət alanlar var  |     22:21 Tərtərdə ağır qəza - Ata-oğul öldü  |     21:55 Fransa mediası sülh görüşünə diqqət ÇƏKİR  |     21:52 ChatGPT Maskın "Grok"una qarşı: İki böyük süni intellektin şahmat oyunu fərqli bitdi  |     21:42 Qətlə yetirilən qadının dörd gün əvvəl dedikləri: "İkinci balta zərbəsindən sonra da dayanmadı"  |     21:26 Ağ Evdə keçiriləcək tarixi görüşə son hazırlıqlar gedir  |     21:14 Ağdaşda 35 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb  |     21:00 Rusiya SOCAR-ın Odessadakı neft bazasına zərbə endirib: Yaralılar var  |     20:45 Çanaqqalada meşə yanğını səbəbindən aeroportun fəaliyyəti dayandırılıb  |     20:33 Dardanel boğazında gəmilərin hərəkəti dayandırılıb  |     20:27 Bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına məhdudiyyət qoyulub  |     20:21 Bakı-Qazax avtomobil yolunda təmir işləri aparılır  |     20:14 Bakının Hüseyn Cavid prospektində mikromobillik zolağı genişləndirilib  |     20:09 Paytaxtda motosiklet və skuter oğurlayan 6 nəfər saxlanılıb  |     20:02 İşçinin əmək hüquqlarını pozan klinika cərimələnib  |     19:57 Allahşükür Paşazadə G20 Dinlərarası Forumunda iştirak edəcək  |     19:50 Qarabağ və Dilbaz at cinslərinin genetik xəritəsi hazırlanır  |    

Qətlə yetirilən qadının dörd gün əvvəl dedikləri: "İkinci balta zərbəsindən sonra da dayanmadı"

Füzulidə keçmiş arvadını qətlə yetirməkdə ittiham olunan 48 yaşlı Elsevər Bağırovun məhkəmə araşdırması yekunlaşıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, yekunda Elsevərə ittiham olunduğu maddələrdən biri ilə cəza, digəri ilə bəraət verilib.

Bu cinayət hadisəsi ötən ilin payızında, Füzuli rayonunun Böyük Bəhmənli kəndi ərazisində yerləşən xəstəxananın həyətində baş verib. İstintaq materiallarında yazılır ki, Elsevər xəstəxananın Laboratoriya şöbəsində tibb bacısı çalışan keçmiş arvadı Dilbər Namazovanın iş yerinə gedib. Bu vaxt onunla Dilbər arasında mübahisə yaranıb. Kişi 8 yaşlı qızını onunla görüşdürməməsini bəhanə edərək əlindəki balta ilə Dilbərin baş nahiyəsindən iki dəfə vurub. Beyninə qan sızan sonuncu 4 gün sonra xəstəxanada ölüb.

Elsevərə əməlinə görə xuliqanlıq niyyəti ilə adam öldürmə və xuliqanlıq maddələri ilə ittiham verilib.

O, məhkəmədə sərbəst ifadə verib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Dilbərlə 12 il evli olublar, 2018-ci ildə boşanıblar. Birgə nikahdan 18 yaşlı oğlanları, 16 yaşlı qızları var. Hazırda uşaqlar ikisi də xalası ilə birgə yaşayır. Elsevər deyib ki, boşansalar belə keçmiş həyat yoldaşının bəzi hərəkətləri, xüsusilə iş yoldaşları ilə səmimi münasibəti onu narahat edib. Keçmiş qaynı və qayınanasının qızı ilə görüşməsinə əngəl olması da münasibətləri kəskinləşdirib: "Qızımla görüşməyimə imkan vermirdilər. Bir neçə dəfə elə bu məsələyə görə mübahisələrimiz yaranıb. Bunlara baxmayaraq, Dilbəri öldürmək niyyətim olmayıb. Hadisə günü baltanı çayxanada işlətməyə almışdım. Həmin gün əsəbi olduğum üçün təsadüfən xəstəxanaya balta ilə getmişdim. Düzdür, Dilbərə 1-2 zərbə ilə yüngül xəsarət yetirmişəm. Amma onun bu xəsarətlərdən deyil, başqa səbəbdən öldüyünü düşünürəm".

Hadisədən sonrakı 4 gündə müstəntiq xəstəxanada müalicə alan Dilbəri də dindirə bilib. Mərhum deyib ki, Elsevər hadisədən bir gün əvvəl də xəstəxanaya gəlib, onu öldürəcəyini bildirib: "Əvvəllər də məni ölümlə hədələyirdi. Baltanı da elə məqsədinə nail olmaq üçün xəstəxanaya gətirmişdi. Ona görə ikinci zərbədən sonra da dayanmaq istəmirdi. İş yoldaşlarım mane olmasaydı, məni yerindəcə öldürəcəkdi".

Dilbərin qardaşı da daha əvvəl Elsevərin bacısını və övladını öldürəcəyi barədə xəbər aldığını deyib. Onun sözlərinə görə, həmin gün kəndə gəlməyə çalışarkən bacısının baltalandığını eşidib.

Təqsirləndirilən şəxsin azyaşlı qızı hakim qarşında həssas ifadə verib, atasının hərəkətlərindən gileylənib: "Anam atamın əlindən elə cana yığılmışdı ki, hər dəfə aliment ödəməməsini, sadəcə həyatımızdan çıxmasını istəyirdi. Atam heç vaxt mənim təlim-tərbiyəmdə iştirak etməyib. Əksinə bizi narahat edirdi. Hətta bir neçə dəfə oxuduğum məktəbə gəlib sinif yoldaşlarımın yanında məni utandırmışdı. Buna görə son vaxtlar qorxumdan məktəbə də getmirdim. Anam son günlərdə xəstəxanada qaldı, amma mən onu görə bilmədim. Həkimlər demişdilər ki, anam yaxın adamları görəndə həyəcanlanır".

Məhkəmədə dindirilən digər şahidlər də ittihama uyğun ifadələr veriblər. Mərhumun ailəsi Elsevərin qanunla cəzalandırılmasını və vurulan maddi-mənəvi zərərin ödənilməsini tələb edib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Ayşən Vəliyevanın hökmü ilə Elsevər Bağırov xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. 221-ci (xuliqanlıq) maddəsi üzrə ona bəraət verilib.

Bundan əlavə, müttəhim cinayət nəticəsində dəymiş maddi ziyana görə keçmiş həyat yoldaşının ailəsinə 10 min manat (dəfn, məzar daşı xərcləri və s.), mənəvi zərərə görə isə 20 min manat ödəməlidir. Elsevərlə Dilbərin hökmə qədər xalasının yanında qalan yetkinlik yaşına çatmayan qızının himayədarlığı məsələsi isə Füzuli Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına həvalə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            108 08.08.25 21:42