Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir | 21:55 Azərbaycanda əməkdar müəllim vəfat etdi | 21:46 Yol polisindən sürücülərə xəbərdarlıq | 21:41 Bakıda şagirdlər arasında insident | 21:34 Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar: Polis hərəkətə keçdi - Anbaan görüntülər | 21:26 Dövlət Komitəsi sədrinin adından saxta əmr hazırlayan imamla bağlı qərar | 21:21 Həyat yoldaşı barəsindəki cinayət işinə xitam verilməsini istədi – 35 000 manatı ələ keçirildi | 21:12 Tərtərdə bədbəxt hadisə: Yaşlı kişi su quyusunda boğuldu | 21:05 Şirkətin üç ildir işləmədiyini dedi - Məhkəmə ölkədən çıxışını məhdudlaşdırdı | 21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir |
Mojo.az Avto
Mojo.az Avto

Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır

24.11.2026 22:48 27
Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır
Bəzi OLED televizorlarında ekranın kənarlarında yaranan və tədricən yayılan yeni nasazlıq aşkar edilib. Bu problem görüntünün müəyyən hissələrinin sıradan çıxmasına və ekranda tünd ləkələrin əmələ gəlməsinə səbəb olur.

Bu barədə BGR nəşri məlumat yayıb.

Məlumata görə, televizor istifadəçiləri ekranın kənarları boyunca bəzi piksellərin işləməməsindən şikayət etməyə başlayıblar. RTINGS laboratoriyasının mütəxəssisləri bu qüsuru “edge rot” – kənarların zədələnməsi adlandırıblar. Zədələnmiş sahələr ekranda kif ləkələrini xatırladır və zaman keçdikcə ekranın kənarlarından mərkəzə doğru yayılır.

Bu nasazlıq OLED ekranlarında əvvəllər müşahidə olunan piksel yanmasından fərqlənir. Belə ki, problem ekranda uzun müddət statik təsvirlərin göstərilməsi ilə əlaqəli deyil.

Tədqiqatçılar televizorların davamlılığını yoxlamaq üçün sürətləndirilmiş sınaqlar keçiriblər. Sınaq zamanı cihazlar 18 min saata qədər işlədilib. Bu müddət adi ev şəraitində təxminən 10 illik istifadəyə bərabərdir.

Nəticədə 2020-2023-cü illərdə istehsal olunmuş WOLED panelləri ilə təchiz edilən 16 televizordan 14-də sözügedən qüsur aşkarlanıb. Bəzi cihazlarda zədələnmə bir neçə piksellə məhdudlaşsa da, digərlərində ekranda iri tünd sahələr yaranıb.

Mütəxəssislər problemin mümkün səbəblərindən biri kimi ekranın qoruyucu təbəqələrinin hermetikliyinin pozulmasını göstərirlər. OLED texnologiyasında istifadə olunan üzvi materiallar nəmə qarşı həssasdır. Qoruyucu təbəqələrdə yaranan zədələr isə piksellərin tədricən sıradan çıxmasına səbəb ola bilər.

Digər ehtimal istehsal prosesi zamanı matrisin daxilinə yad hissəciklərin düşməsidir. Problem LG Display şirkətinin istehsalı olan WOLED panelləri ilə təchiz edilmiş LG, Sony və Vizio televizorlarında qeydə alınıb.

Ekspertlərin fikrincə, bu nasazlığın qarşısını televizorun parametrlərini dəyişməklə və ya istifadə vərdişlərini tənzimləməklə almaq demək olar ki, mümkün deyil. Çünki problem piksel yanmasından fərqli olaraq ekranda statik görüntülərin nə qədər tez-tez göstərilməsindən asılı deyil.

Qeyd edək ki, OLED televizorlarının başqa bir çatışmazlığı da parlaq işıqlı otaqlarda özünü göstərir. BGR nəşrinin noyabrın sonunda yaydığı məlumata görə, hətta bahalı OLED televizorlarının ekranında da gündüz saatlarında pəncərə və digər işıq mənbələrinin əksi görünə bilər. Xüsusilə qaranlıq səhnələr zamanı bu əkslər görüntünün keyfiyyətinə təsir edir.
//sfera.az

Son xəbərlər