Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq
ABŞ-də və digər ölkələrdə soyuq suda çimməyə maraq göstərənlərin sayı artsa da, bu vərdişin sağlamlığa təsiri birmənalı deyil.
Həkimlər bildirirlər ki, müntəzəm və ölçülü soyuq su prosedurlarının bəzi müsbət təsirləri olsa da, xüsusilə ürək-damar xəstəlikləri olan insanlar üçün ciddi təhlükələr yarana bilər.
Bu barədə Piroqov Universitetinin hospital terapiya kafedrasının assistenti, terapevt Anjelina Süleymanova KP.RU-ya açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, soyuq suda çimmək orqanizm üçün güclü stress amilidir və onu universal sağlamlıq vasitəsi hesab etmək düzgün deyil. Bununla belə, müntəzəm və düzgün dozada tətbiq edilən soyuq su prosedurlarının müəyyən faydaları ola bilər.
Belə ki, soyuq su damarların fəaliyyətinə, orqanizmin temperatur tənzimləmə mexanizminə, lipid mübadiləsinə və immun sisteminə təsir göstərə bilər. Həmçinin qəhvəyi piy toxumasının aktivləşməsi insulinə həssaslığı artıra bilər. Endorfin və noradrenalin hormonlarının ifrazı isə insanın psixoloji vəziyyətinə müsbət təsir göstərə bilər.
Lakin mütəxəssis soyuq suda çimməyin təhlükələrinə də diqqət çəkib.
Onun sözlərinə görə, əsas risklərdən biri “soyuq şok” reaksiyasıdır. Temperaturu 15 dərəcədən aşağı olan suya qəfil daxil olduqda qeyri-iradi nəfəsalma, ürək döyüntüsünün sürətlənməsi və arterial təzyiqin kəskin yüksəlməsi baş verə bilər.
Həkim bildirib ki, ürək-damar və tənəffüs sistemi xəstəlikləri olan şəxslərdə, yaşlılarda və ürək-damar ağırlaşmaları riski yüksək olan insanlarda bu vəziyyət aritmiya, stenokardiya tutması, infarkt və ya insultla nəticələnə bilər. Qırtlaq spazmı isə nəfəsalmanın dayanmasına səbəb ola bilər.
Qeyd edək ki, daha əvvəl terapevt və ailə həkimi Anastasiya Samoylova da buzlu suda çimməyin həyati təhlükə yarada biləcəyi barədə xəbərdarlıq etmişdi.
//sfera.az