Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı |
Mojo.az Avto
Mojo.az Avto

Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?

13.10.2026 13:58 288
Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?
Smart televizorlarda qırmızı indikator yalnız cihazın açıq və ya sönülü olduğunu göstərmir. Onun yanıb-sönməsi elektrik təchizatında problem və ya televizorun daxili komponentlərində nasazlıq barədə xəbərdarlıq edə bilər.

Bu barədə “Computer Hoy” nəşri “Samsung” şirkətinin məlumatlarına istinadən yazıb.

Kompüter və smartfonlarda olduğu kimi, bir çox smart televizor da mümkün nasazlıqları aşkar etmək üçün diaqnostika sistemləri ilə təchiz olunub. Lakin istifadəçilər əsasən görüntü və səs keyfiyyətinə diqqət yetirdiklərindən televizorun korpusundakı kiçik indikatorların verdiyi siqnalları çox vaxt nəzərdən qaçırırlar.

“Samsung” televizorlarının aşağı hissəsində yerləşən qırmızı işıq cihaz sönülü vəziyyətdə olarkən də televizorun vəziyyəti barədə məlumat verə bilər. İşığın davamlı yanıb-sönməsi elektrik təchizatı ilə bağlı problemə və ya daxili komponentlərdən birində nasazlığa işarə edə bilər. Bununla belə, bu əlamət hər zaman ciddi nasazlıq demək deyil.

Digər mümkün səbəb pultun düymələrindən birinin sıxılmış vəziyyətdə qalmasıdır. Bu hal da bəzi hallarda indikatorun davamlı yanıb-sönməsinə səbəb ola bilər.

Belə vəziyyətdə nə etmək lazımdır?

“Samsung” televizoru servisə aparmazdan əvvəl bir neçə sadə yoxlama aparmağı tövsiyə edir:

Televizoru elektrik şəbəkəsindən ayırın, təxminən 30 saniyə gözləyin və yenidən qoşun. Bu, müvəqqəti sistem xətalarını aradan qaldıra bilər.

Elektrik rozetkasının işlək vəziyyətdə olduğuna əmin olun. Bunun üçün həmin rozetkaya başqa bir cihaz qoşaraq yoxlama aparmaq olar.

Televizor uzadıcı və ya elektrik qoruyucusu vasitəsilə qoşulubsa, onların işləkliyini yoxlayın.

Pultun düymələrindən hər hansı birinin sıxılıb-sıxılmadığına baxın.

Yoxlamalardan sonra qırmızı işıq yanıb-sönməyə davam edirsə, televizor açılmırsa və ya düzgün işləmirsə, texniki dəstək xidmətinə müraciət etmək məsləhətdir.

İndikatorun davamlı yanıb-sönməsi televizorun daxilində nasazlıq olduğunu göstərə bilər. Belə hallarda problemin dəqiq səbəbini müəyyənləşdirmək üçün mütəxəssis yoxlaması tələb oluna bilər.
//qaynar.az

Son xəbərlər