Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır

13.10.2026 15:01 186
Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır
Türkiyənin Tokat əyalətində təxminən 5000 sakin ürəkbulanma və ishal kimi oxşar şikayətlərlə tibbi yardıma müraciət edib.

Bu barədə əyalət qubernatoru Abdullah Keklu məlumat yayıb.

Onun sözlərinə görə, təxminən 70 nəfər xəstəxanaya yerləşdirilib.

Əyalət hakimiyyəti bildirib ki, cümə günündən bəri inzibati mərkəzdə vətəndaşlar ürəkbulanma və qusma, mədə ağrısı və ishaldan kütləvi şəkildə şikayətlənirlər.

"Cümə günündən bəri əyalətdə müəyyən bir infeksiya aşkarlanıb. Bu gün Tokat Xəstəxanasında yatmış xəstələri ziyarət etdim. Hazırda təxminən 5000 tibbi müayinə almışıq, onlardan təxminən 70-i xəstəxanaya yerləşdirilib, 40-ı artıq evə buraxılıb, daha 30-u isə xəstəxanada qalır. Həyati təhlükəsi olan bir vəziyyət yoxdur", - deyə qubernator jurnalistlərə bildirib.

Keklu bildirib ki, səlahiyyətlilər içməli su nümunələrini Ankaradakı Səhiyyə Nazirliyinə göndəriblər.

"İnfeksiyanın mənbəyinin su olmadığını təsdiqləmək istəyirik. Bu məsələ ilə bağlı sabah və ya çərşənbə axşamı səhərə qədər məlumatımız olacaq, amma o vaxta qədər vətəndaşlara yemək və içki ilə bağlı daha diqqətli olmağı tövsiyə edirik", - Keklu qeyd edib.скачать dle 11.3
Mojo.az Banner