Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Dünyada hər 7 nəfərdən birində psixi problem var

13.10.2026 16:41 339
Dünyada hər 7 nəfərdən birində psixi problem var
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 10 oktyabr Ümumdünya Ruhi Sağlamlıq Günündə dərc etdiyi hesabatda ruhi xəstəliklərin qlobal ictimai səhiyyə probleminə çevrildiyini açıqlayıb.

Hesabata görə, dünyada 470 milyon insan narahatlıq pozğunluğundan, 322 milyon insan isə depressiyadan əziyyət çəkir. Qeyd olunur ki, dünyada hər 7 nəfərdən birində psixi problem var

Hər il təxminən 727.000 insan intihar nəticəsində ölür. İntihar qlobal miqyasda 15-29 yaş qrupu arasında ölümün üçüncü əsas səbəbidir. Hesabatda qeyd olunur ki, halların 73%-i aşağı və orta gəlirli ölkələrdə baş verir və yoxsulluq, zorakılıq, sosial təcrid və psixoloji dəstəyə çıxışın olmaması riski artırdığı vurğulanır. Ruhi sağlamlıq problemlərinin miqyasına baxmayaraq, hökumətlər səhiyyə büdcələrinin yalnız 2%-ni bu sahəyə ayırırlar. Depressiyalı insanların yalnız üçdə biri rəsmi müalicə xidmətlərinə çıxış əldə edə bilir və ruhi sağlamlıq problemləri səbəbindən işçi qüvvəsinin və məhsuldarlığın itirilməsinin qlobal iqtisadiyyata illik dəyəri 1 trilyon dollar olaraq qiymətləndirilir.

ÜST-ün 44 ölkədə 280.000 gənci əhatə edən araşdırmasının məlumatlarına görə, problemli sosial media istifadəsi dörd ildə 7%-dən 11%-ə yüksəlib. Həmçinin bildirilir ki, gənclərin 12%-i video oyun asılılığı riski altındadır. Hesabatda xəbərdarlıq edilir ki, ailələri ilə üz-üzə ünsiyyət qurmaq əvəzinə, emosional boşluqlarını süni intellekt çatbotları ilə doldurmağa çalışan şəxslər tənhalığı daha da dərinləşdirir.
//unikal.az

Son xəbərlər