Mojo.az Banner
12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |     11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |     11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?

13.10.2026 18:08 609
Evin qiymətini özbaşına artıran
Azərbaycanda mənzil alqı-satqısı zamanı "makler"lərin (daşınmaz əmlak vasitəçilərinin) fəaliyyəti ilə bağlı bir sıra suallar yaranır. Belə ki, bəzi vasitəçilər müştərilərə məxsus evləri daşınmaz əmlak saytlarında özlərinin müəyyən etdiyi qiymətlərlə yerləşdirir, alıcı ilə satıcı arasında əlaqə yaradır və sövdələşmə baş tutduqda hər iki tərəfdən xidmət haqqı alırlar.

Azərbaycanda vasitəçilərin fəaliyyəti hansı qanunvericilik aktları ilə tənzimlənir?
Bəs vasitəçinin həm alıcıdan, həm də satıcıdan ödəniş tələb etməsi nə dərəcədə qanunidir? Ev sahibinin razılaşdığı qiymətdən daha yüksək məbləğin elanda göstərilməsi hansı hüquqi nəticələrə səbəb ola bilər? Digər tərəfdən, bu sahədə fəaliyyət göstərən "makler"lərin vergi qeydiyyatı, əldə etdikləri gəlirlərin bəyan edilməsi və vergilərin ödənilməsi ilə bağlı öhdəlikləri nədən ibarətdir?

Mövzu ilə bağlı Median.Az-ın suallarını cavablandıran hüquqşünas Elnur Məmmədov bildirib:

"Qanunvericilikdə vasitəçilərin həm alıcıdan, həm də satıcıdan xidmət haqqı almasını ümumi qaydada qadağan edən norma yoxdur. Lakin bunun qanuni olması üçün hər iki tərəfin göstərilən xidmət və ödəniləcək haqq barədə əvvəlcədən məlumatlandırılması və razılığı vacibdir. Vasitəçinin tərəflərin razılığı olmadan və ya onları aldadaraq əlavə ödəniş tələb etməsi mülki hüquqi məsuliyyətə səbəb ola bilər.

Elnur Məmmədovun sözlərinə görə, ev sahibinin razılığı olmadan mənzilin satış qiymətinin süni şəkildə artırılaraq elan saytlarında yerləşdirilməsi də hüquqi mübahisə yarada bilər. Vasitəçi satıcının müəyyən etdiyi qiymətdən yüksək məbləği özbaşına təyin etmək və qiymət fərqini gizli qazanc kimi mənimsəmək hüququna malik deyil. Belə hallar müqavilə şərtlərinin pozulması, istehlakçının aldadılması və reklam qanunvericiliyinin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. 

Hüquqşünas qeyd edib ki, konkret hallardan asılı olaraq mülki, inzibati, hətta cinayət məsuliyyəti məsələsi də yarana bilər.

Digər mühüm məsələyə toxunan mütəxəsis əlavə edib:

"Vasitəçilərin vergi öhdəlikləri də mühüm məsələlərdəndir. Daşınmaz əmlak vasitəçiliyi ilə müntəzəm və gəlir əldə etmək məqsədilə məşğul olan şəxslər sahibkarlıq fəaliyyəti üçün vergi uçotuna alınmalı, VÖEN əldə etməli, gəlirlərinin uçotunu aparmalı və tətbiq olunan vergitutma rejiminə uyğun vergiləri ödəməlidirlər. Qanunla nəzərdə tutulmuş hallarda vergi bəyannamələrinin təqdim edilməsi də məcburidir. 

E. Məmmədov sonda vurğulayıb ki, vergi qeydiyyatı olmadan sahibkarlıq fəaliyyəti göstərilməsi və gəlirlərin gizlədilməsi məsuliyyət yarada bilər.
Göründüyü kimi, Azərbaycanda "makler" fəaliyyəti qanuni sahibkarlıq növü olsa da, vasitəçilər qiymət müəyyənləşdirilməsi, xidmət haqqının alınması, müştərilərin düzgün məlumatlandırılması və vergilərin ödənilməsi zamanı qanunvericiliyin tələblərinə əməl etməlidirlər.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner