Mojo.az Banner
12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |     11:36 İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi  |     11:28 Sumqayıtda faciə: kişi binadan yıxılıb öldü  |     11:22 Qızıl və gümüş bahalaşdı  |     11:18 Bakıda və Abşeronda hava iki gün tozlu olacaq  |     11:14 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib  |     11:10 Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü  |     23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi

15.10.2026 11:36 102
İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min almışdı - Həbs edildi
Gəncə şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətmiş 1973-cü il təvəllüdlü Mehman Məmmədov həbs edilib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178 və 320-ci (dələduzluq və sənədlərin saxtalaşdırılması) maddələri ilə təqsirli bilinib.

Məlum olub ki, Mehman ikinci qrup üzrə müddətsiz əlildir. O, ətrafına özünü nüfuzlu şəxs kimi təqdim edib, dövlət qurumlarında yaxşı əlaqələrinin olduğunu deyib. “İnfiniti” markalı avtomobil idarə edən və özünü imkanlı şəxs kimi göstərən Mehman 6 nəfərdən onları və ya övladlarını işə düzəltmək, kəsilmiş pensiyalarının bərpası və digər vədlərlə müvafiq olaraq 4200, 3885, 4000, 4000, 4000, 3050 manat pul alıb.

Həmin vaxt Mehman işə düzəltməyə söz verdiyi şəxslərdən bəzilərinə Təhsil Nazirliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimovun adından imzalanmış nömrəsiz, tarixsiz, saxta QR kodlu əmrlərin surətini də təqdim edib. Lakin ekspertiza zamanı həmin sənədlərin saxta olması müəyyənləşdirilib.

Məhkəmədə Mehman Məmmədov dələduzluq yolu ilə ələ keçirdiyi pulları müalicəsinə sərf etdiyini deyib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona 3 il 6 ay həbs cəzası verilib.
скачать dle 11.3
Mojo.az Banner