Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb | 19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)

13.10.2026 14:03 333
Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)
Smartfonun enerji girişində toz və liflərin yığılması şarj prosesində problemlər yarada bilər. Belə hallarda bəzi istifadəçilər çirki təmizləmək üçün diş çöpündən istifadə edirlər. Lakin bu üsul cihazın enerji girişindəki metal kontaktları zədələyə və şarjın tamamilə dayanmasına səbəb ola bilər.

Bu barədə “Maison & Travaux” nəşrində dərc olunan materialda bildirilib.

USB-C və Lightning girişlərinin daxilində metal kontaktlar çox kiçik məsafələrlə yerləşir. Təmir mütəxəssislərinin sözlərinə görə, hətta taxta diş çöpü ilə yan tərəfdən edilən yüngül təzyiq belə bu elementləri əyə bilər. Nəticədə şarj prosesi qeyri-sabit işləyə və ya tamamilə dayana bilər.

Bundan başqa, diş çöpü qırılaraq girişin daxilində xırda taxta qırıntıları saxlaya bilər. Bu hissələri çıxarmaq çətin olduğundan, bəzən cihazın sökülməsinə ehtiyac yaranır. Çirki təmizləməyə çalışarkən toz və liflərin daha dərinə itələnməsi də mümkündür. Pambıq çubuqlar isə liflərini girişin daxilində saxlaya bilər.

Enerji girişini necə təmizləmək olar?

“Apple” şirkəti cihazların təmizlənməsi zamanı daha ehtiyatlı davranmağı tövsiyə edir. Şirkətin təlimatlarında enerji girişindəki çirklərin quru, yumşaq tüklü fırça ilə təmizlənməsi qeyd olunur. Eyni zamanda, metal kontaktları zədələyə biləcək yad əşyaların girişə salınmasından çəkinmək tövsiyə edilir.

Təmizləməyə başlamazdan əvvəl telefonu söndürmək və şarj kabelini ayırmaq lazımdır. Daha sonra fənər vasitəsilə girişin daxilində toz və liflərin toplandığı hissəni müəyyənləşdirmək olar. Çirkləri yumşaq, quru fırça ilə ehtiyatla kənara çıxarmaq məsləhətdir.

Təmizləmə zamanı girişin daxilinə maye düşməsinə yol vermək olmaz. Həmçinin istehsalçının tövsiyələrini yoxlamadan sıxılmış havadan istifadə etmək də məqsədəuyğun deyil. Telefona ağızla hava üfürmək məsləhət görülmür, çünki bu zaman daxilinə nəmlik keçə bilər.

Əgər çirk möhkəm yapışıbsa, onu güc tətbiq edərək çıxarmağa çalışmaq olmaz. Fırça daxildəki elementlərə ilişirsə, girişdə zədələnmə görünürsə və ya təmizləmədən sonra şarj problemi davam edirsə, servis mərkəzinə müraciət etmək daha təhlükəsizdir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, enerji girişini təmizləyərkən əsas məqsəd çirki istənilən yolla çıxarmaq deyil, cihazın kontaktlarını zədələmədən təmizliyi təmin etməkdir.
//qaynar.az

Son xəbərlər