Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:00 İndoneziya Prezidenti 2027-ci ildə Azərbaycana səfər edə bilər | 20:52 İmmun sisteminin ən sürətlə qocaldığı iki yaş dövrü müəyyən edildi | 20:47 Azərbaycan məhsulları ixrac bazarlarında fitosanitar tələblərə uyğunluğu ilə seçilir | 20:40 Bu xəstələr üçün endokrinoloq qəbulunda olma vaxtları dəyişdi | 20:35 Badamdardakı sürüşmə ərazisində çatlar genişlənib | 20:27 GTA 6 asılılığının əsas əlamətləri | 20:22 Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı | 20:14 Məhkəmə eksperti olmaq istəyənlərə yeni tələb qoyulur | 20:09 Sakinlər “İron İnşaat” şirkətindən narazıdır | 20:01 Kaliforniyada təyyarə qəzası olub - Ölənlər var | 19:56 Rabitə və internet xidmətlərinin keyfiyyəti ilə bağlı yeni tələblər | 19:50 3-cü sinif şagirdi vəfat etdi | 19:42 Sabah bütün sosial ödənişlər yekunlaşdırılacaq | 19:37 Baydenin bu görüntüsü diqqət çəkdi | 19:30 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı | 19:24 "Şahzadə Mustafa" Bakıya gələcək | 19:15 “Yer elə materialdandır ki, ayaq qoyan kimi sürüşür” – Piyada keçidindən ŞİKAYƏT | 19:10 İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var | 19:03 Hacıqabuldakı ölümün kanalizasiya quyusu ilə əlaqələndirilməsi yanlışdır - ADSEA | 18:57 İspaniya nəhəngi ilə qarşılaşma öncəsi "Sabah"ın futbolçusundan açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

"iPhone 17" smartfonlarında qeyri-adi problem tapıldı

02.01.2026 12:31 801
"iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modellərinin bəzi istifadəçiləri qeyri-adi problemlə üzləşiblər.

Median.Az
"Dijitaltrend" nəşrinə istinadən xəbər verir ki, telefon enerji yığımı zamanı, ekran açıq olduqda, dinamiklərdən zəif xışıltı səsi eşidilə bilər.

İstifadəçilərin bildirdiklərinə görə, bu səs yalnız şarj qurğuya qoşulduqda yaranır - istər kabel vasitəsilə, istərsə də "MagSafe" simsiz enerji yığımı zamanı. Şarj kəsildikdə isə səs də yox olur.

Bəzi istifadəçilər cihazlarını zəmanət çərçivəsində dəyişiblər, lakin eyni problem bəzən yeni götürdükləri telefonlarda da ortaya çıxıb.

"Apple" mütəxəssisləri vəziyyətdən xəbərdardır və məsələni araşdırmaq üçün onu mühəndislərə ötürüblər. Əgər səbəb proqram təminatındakı nasazlıqdırsa (məsələn, enerji idarəetməsi və ya audio drayverlərlə bağlı), problem gələcək "İOS" yeniləməsi ilə aradan qaldırıla bilər. Əgər problem aparat hissəsi ilə bağlıdırsa, şirkətin pulsuz təmir və ya dəyişdirmə təklif edəcəyi gözlənilir.

Son xəbərlər