Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Kompüterinizi belə sürətləndirə bilərsiniz - DETALLAR

10.06.2026 20:29 438
Kompüterinizi belə sürətləndirə bilərsiniz - DETALLAR
Netbuk batareyasının boşalması və ya sıradan çıxması cihazın işləmə sürətinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. 
 
Bu barədə "BGR" nəşri məlumat yayıb.
 
Nəşrin müəllifləri bildiriblər ki, portativ kompüterlərdə quraşdırılmış akkumulyator yalnız cihazın enerji ilə təminatına deyil, həm də ümumi məhsuldarlığına təsir göstərir. Onların sözlərinə görə, batareya zəiflədikdə və ya köhnəldikdə, sistem qəfil sönmənin qarşısını almaq üçün prosessorun gücünü avtomatik şəkildə məhdudlaşdırır.
 
Mütəxəssislər ilk növbədə istifadəçilərə akkumulyatorun vəziyyətini yoxlamağı tövsiyə edirlər. Bunun üçün cihazın batareya parametrlərinə daxil olmaq kifayətdir. Əgər akkumulyator aşınıbsa, onun dəyişdirilməsi məsləhətdir. Batareya yeniləndikdən sonra laptopun əvvəlki performansı bərpa oluna bilər. Müəlliflər qeyd edirlər ki, bu üsul xüsusilə Windows əməliyyat sistemi ilə işləyən cihazlarda effektiv nəticə verir.
 
Məqalədə vurğulanır ki, akkumulyator normal vəziyyətdədirsə, problemin səbəbi enerji adapterində və ya batareyanın kifayət qədər enerji qəbul etməməsində ola bilər. Ekspertlər xəbərdarlıq edirlər ki, uyğun olmayan şarj cihazlarından istifadə həm batareyanın ömrünü qısalda, həm də laptopun işinə mənfi təsir göstərə bilər.
 
Bundan əvvəl "How-To Geek" nəşrinin jurnalistləri Windows əməliyyat sisteminin işini sürətləndirməyin başqa bir üsulunu açıqlamışdılar. Onların sözlərinə görə, avtomatik yüklənən proqramların siyahısını təmizləmək və nadir hallarda istifadə olunan tətbiqləri deaktiv etmək sistemin daha sürətli işləməsinə kömək edə bilər.
//sfera.az

Son xəbərlər