Mojo.az — elanlar
Son Xəbərlər
15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |     14:05 Peyvənddən qorxanlara həkim XƏBƏRDARLIQ ETDİ  |     13:58 Azərbaycanda gömrük rüsumlarından daxilolmalar 49 milyon manat artacaq  |     13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |    
Mojo.az Avto
Mojo.az Avto

Telefonun batareya ömrünü necə artırmaq olar?

13.05.2026 11:53 768
Telefonun batareya ömrünü necə artırmaq olar?
Smartfonun batareya ömrünü daha da uzatmaq üçün onun performans profillərini tənzimləmək tövsiyə olunur.

Bu barədə "MakeUseOf" portalı məlumat yayıb.

Bildirilir ki, bir çox "Android" cihazında standart olaraq "normal" və ya "yüksək məhsuldarlıq" profilləri aktiv olur. Bu funksiya seçilmiş tənzimləmələrə əsasən qadcetin iş gücünü artırır və ya azaldır. Texnologiya mütəxəssisləri istifadəçilərə cihazı "aşağı məhsuldarlıq" (light) profilinə keçirməyi təklif edirlər.

"MakeUseOf" resursu qeyd edir ki, smartfonun enerjisini qoruyan bu metodu çox az insan bilir. Məqalə müəlliflərinin sözlərinə görə, gündəlik əməliyyatların əksəriyyəti prosessorun və operativ yaddaşın tam gücü ilə işləməsini tələb etmir. Aşağı enerji sərfiyyatı rejimində belə zənglər, sosial şəbəkələr və digər baza proqramları qüsursuz fəaliyyət göstərir.

Mütəxəssis Pankil Şah "yüngül məhsuldarlıq" profilinə keçirdiyi "Samsung" smartfonunu sınaqdan keçirib. Nəticədə məlum olub ki, cihazın iş sürətində heç bir zəifləmə müşahidə edilməsə də, batareyanın iş müddəti bir saat artıb. Enerji effektivliyini daha da yaxşılaşdırmaq üçün mütəxəssis OLED və AMOLED displeylərdə qaranlıq mövzudan ("dark mode") istifadə etməyi və ekranın 30 saniyə ərzində avtomatik kilidlənməsi funksiyasını aktivləşdirməyi məsləhət görür.

Son xəbərlər