Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?
Hindistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar müzakirə olunur. İndiyədək əsasən neft və energetika sahəsində qurulan iqtisadi əlaqələrin ticarət, investisiya və digər sektorlara da şamil edilməsi nəzərdə tutulur. Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarın Bakıda verdiyi açıqlama iki ölkə arasında iqtisadi münasibətlərin yeni mərhələyə keçə biləcəyi ilə bağlı gözləntiləri artırıb.
İqtisadiyyatların bir-birini tamamladığını vurğulayan nazir ikitərəfli ticarət və investisiyaların genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Bəs Hindistan Azərbaycan iqtisadiyyatı üçün hansı yeni imkanlar yarada bilər? Əməkdaşlığı neft və energetikadan kənara çıxarmaq üçün hansı sahələr prioritet seçilməlidir? Hindistan investisiyalarının ölkəmizə cəlb olunması iqtisadiyyatın şaxələndirilməsinə nə dərəcədə töhfə verə bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib:

"Hindistan Azərbaycan üçün qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi və xarici investisiyaların cəlb edilməsi baxımından əhəmiyyətli tərəfdaş ola bilər. Hindistanın əczaçılıq, informasiya texnologiyaları, kənd təsərrüfatı, tekstil və sənaye istehsalı sahələrindəki təcrübəsi ölkəmiz üçün yeni əməkdaşlıq imkanları yaradır".
Sədr əlavə edib ki, xüsusilə dərman istehsalı, kənd təsərrüfatı məhsullarının emalı, rəqəmsal texnologiyalar və logistika sahələrində birgə müəssisələrin yaradılması faydalı ola bilər. Azərbaycanın əlverişli coğrafi mövqeyi Hindistan şirkətlərinin Avropa və digər regional bazarlara çıxışını asanlaşdıra bilər. "Bununla yanaşı, Hindistan bazarı Azərbaycan məhsullarının ixracı üçün də əlavə imkanlar açır. Lakin əməkdaşlığın real nəticə verməsi üçün ticarət dövriyyəsinin artması ilə kifayətlənməmək, ölkəyə uzunmüddətli investisiyaların cəlb edilməsinə, yerli istehsalın qurulmasına və texnologiya transferinə üstünlük vermək lazımdır. Əsas məqsəd Hindistanla iqtisadi əlaqələri yalnız mal mübadiləsi səviyyəsində deyil, yeni istehsal sahələrinin, iş yerlərinin və yüksək əlavə dəyər yaradan müəssisələrin formalaşdırılması istiqamətində inkişaf etdirmək olmalıdır", — iqtisadçı sonda qeyd edib.