Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:01 15 yaşlı qızı aldadıb təcavüz etdi, video çəkib hədələdi | 12:56 Rusiyadan Bakıya oğlunun toyuna milyon gətirən kişi saxlanıldı | 12:47 Azərbaycanda neçə ailə 5-dən çox uşaq böyüdür? – Rəsmi açıqlama | 12:45 Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI | 12:39 Müəllimlər üçün güzəştlər daimi olmalıdır – AÇIQLAMA | 12:17 Məşhur türkiyəli biznesmen vəfat etdi | 12:08 Bərdədə qadın evində ölü tapıldı | 11:59 Qurban Bayramov vəfat etdi | 11:41 Əli Kərimlinin məhkəməsi başlayır | 11:35 İlham Əliyev Laosun Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib - Foto | 11:30 Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı | 11:21 Azərbaycan nefti 10 dollara qədər ucuzlaşdı | 11:17 Milli Məclis Zəfər Günü münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib | 22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı |
Mojo.az Avto
Mojo.az Avto

Yaponiya niyə Azərbaycanı seçdi? – Yeni enerji tərəfdaşlığının detalları

14.05.2026 11:44 1 128
Yaponiya niyə Azərbaycanı seçdi? – Yeni enerji tərəfdaşlığının detalları
Yaxın Şərqdə artan geosiyasi risklər fonunda enerji təhlükəsizliyi məsələsi yenidən dünyanın diqqət mərkəzinə çevrilib. Uzun illər idxal etdiyi neftin böyük hissəsini Yaxın Şərqdən alan Yaponiya alternativ enerji tərəfdaşları axtarışını sürətləndirib. Bu prosesdə Azərbaycan neftinin ilk dəfə Yaponiya bazarına daxil olması diqqət çəkən məqamlardan biri hesab olunur. Bu addım Azərbaycanın Şərqi Asiyada enerji tərəfdaşı kimi mövqeyini gücləndirə və yeni iqtisadi əməkdaşlıqlar üçün imkanlar yarada bilər.

Yaponiyanın Azərbaycan neftinə maraq göstərməsi ölkəmiz üçün hansı iqtisadi üstünlüklər yarada bilər?

Bu əməkdaşlıq Azərbaycan üçün yalnız enerji deyil, digər iqtisadi sahələrdə də yeni imkanlar yarada bilərmi?

Yaponiya kimi böyük enerji idxalçısının Azərbaycanı seçməsi investorlar üçün hansı siqnalı verir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirilib ki, Yaponiyanın Azərbaycan neftinə maraq göstərməsi ilk növbədə Azərbaycanın enerji ixrac bazarlarının coğrafiyasını genişləndirir.

"Bu, ölkənin yalnız Avropa və yaxın regionlarla məhdudlaşmayan, Asiya bazarına da daxil olan enerji təchizatçısı kimi mövqeyini gücləndirə bilər", — deyə iqtisadçı əlavə edib.

Sədr qeyd edib ki, Yaponiya kimi böyük və texnoloji inkişaf etmiş iqtisadiyyatın Azərbaycan neftini seçməsi ixrac gəlirlərinin sabitləşməsi və yeni uzunmüddətli müqavilələrin yaranması baxımından mühüm üstünlük sayılır.

Bu əməkdaşlığın Azərbaycanın enerji təhlükəsizliyi baxımından da əhəmiyyətli olduğunu vurğulayan A. Nəzirli deyib:

"Neft satışında bazarların şaxələndirilməsi ölkəni hər hansı regionda yaranan siyasi və iqtisadi risklərdən daha az asılı vəziyyətə gətirir. Eyni zamanda Asiya bazarına çıxış Azərbaycanın beynəlxalq enerji layihələrində strateji rolunu artırır.
Məsələ yalnız enerji ilə məhdudlaşmaya da bilər. Yaponiya adətən əməkdaşlıq etdiyi ölkələrdə logistika, sənaye, nəqliyyat, liman infrastrukturu, alternativ enerji və yüksək texnologiyalar sahəsində də investisiya marağı göstərir. Bu baxımdan Azərbaycan üçün yeni sənaye layihələri, texnologiya transferi və birgə istehsal imkanları yarana bilər. Xüsusilə "yaşıl enerji", ağıllı infrastruktur və rəqəmsal iqtisadiyyat istiqamətində əməkdaşlıq perspektivləri diqqət çəkə bilər".

İqtisadçının fikrincə, Yaponiya kimi böyük enerji idxalçısının Azərbaycanı etibarlı tərəfdaş kimi seçməsi beynəlxalq investorlar üçün də mühüm siqnaldır. Bu, Azərbaycanın enerji təchizatçısı kimi sabitliyini, geosiyasi əhəmiyyətini və tranzit imkanlarını ön plana çıxarır. Belə seçim xarici investorların ölkəyə risk baxımından daha müsbət yanaşmasına və uzunmüddətli layihələrə marağın artmasına təsir göstərə bilər.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər