Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

03.11.2026 12:45 417
Atasına
Abşeron rayonunda 22 yaşlı oğlan taksi sürücüsünü döyərək ona xəsarət yetirib.

Hadisə Masazır qəsəbəsində baş verib.

Ağdam rayon sakini, 2004-cü il təvəllüdlü Ruslan taksi sürücüsünün atası ilə gediş haqqına görə mübahisə etdiyini görüb. Sürücünün atasına “Tez ol, ödə, düş. Əsəbimlə oynama” deməsindən sonra Ruslan avtomobildən düşərək onun baş və üz nahiyəsinə bir neçə yumruq zərbəsi endirib. Zərbələr nəticəsində sürücünün üst dodağı yarılıb.

Bundan sonra Ruslan və atası sürücü ilə mübahisəni davam etdiriblər. Taksi sürücüsü özünü qorumaq üçün avtomobildəki vintaçanı götürüb. Ruslan isə hadisə yerindən uzaqlaşan zaman avtomobilin arxa şüşəsinə daş ataraq onu sındırıb. Sürücü polisə müraciət edib.

Məhkəmədə Ruslan törətdiyi əməli etiraf edib. O, hadisə zamanı atası ilə sürücü arasında yaranan mübahisəyə görə əsəbiləşdiyini bildirib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə Ruslan barəsində amnistiya aktı tətbiq edilib və cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
//demokrat.аz

Son xəbərlər