Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda xanım taksi sürücüsünü söyən şəxs həbs edildi

21.10.2023 15:18 771
Bakıda xanım taksi sürücüsünü söyən şəxs həbs edildi
Bakıda xanım taksi sürücüsünün gediş haqqını ödəməyən şəxs onu təhqir edib və həbs olunub.

“Qaynarinfo”nun məlumatına görə, hadisə 18 oktyabrda “Koroğlu” metrostansiyasının yaxınlığında baş verib.

Taksi sürücüsü olan Xatirə Zamanova (ad-soyad şərti) Nizami rayonu, Heydər Əliyev prospektində hərəkətdə olarkən polislərə yaxınlaşaraq bir nəfər kişi sərnişinin onun maşınına oturduğunu, lakin yol pulunu vermədiyini və onu təhqir etdiyini bildirib.

Polislər 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş Kərim (ad şərti) adlı şəxsi xanım taksi sürücüsünün şikayəti əsasında saxlayıblar. Bu zaman həmin şəxs onların ünvanlarına nalayiq ifadələr işlətməyə başlayıb.

Bundan sonra Kərim məcburi qaydada ərazi üzrə 23-cü Polis Bölməsinə aparılıb və barəsində raport yazılaraq məhkəməyə göndərilib. Araşdırma zamanı müəyyən edilib ki, hadisə zamanı Kərim sərxoş olub.

Məhkəmənin qərarı ilə Kərim İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, barəsində 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.скачать dle 11.3
Mojo.az Banner