Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
Oğuzda polisin keçirdiyi profilaktik tədbir zamanı avtoxuliqanlıq edən sürücü İ.Məmmədov saxlanılıb.
O, idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.
Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə İ.Məmmədovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilib.