Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:31 İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi | 15:25 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub | 15:14 Azərbaycan Prezidenti Oman Sultanını təbrik etdi | 15:04 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib - FOTO | 15:01 "Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi | 14:28 Sabah 21 dərəcə isti olacaq - Proqnoz | 14:24 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO | 14:12 "Range Rover" gətirəcəyəm" deyib 261 min manatdan çox pul aldı - Bakıda dələduzluq | 14:00 Taksi sürücüləri üçün vergi qaydası dəyişir | 13:58 Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur | 13:55 Əlilliyə görə pensiya alanların sayı 128 mindən çox azalıb: Beş ilin rəqəmləri | 13:52 Turistlər Bakıya təkrar-təkrar gəlir, bölgələrə isə üz tutmurlar – SƏBƏB | 13:49 Qəbələdə kuryoz olay: Həmkəndlisinin qulağını dişləyib qopardı | 13:39 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi | 13:33 Alyona Əliyeva "Rezonans və İrs" adlı konsert proqramından paylaşım edib - Foto | 13:31 Xaricdə təhsil adı ilə hərbi xidmətdən yayınma – Saxta sənədlər aşkarlanır | 13:13 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı | 12:56 Qızılın qiyməti son ayların minimumuna düşdü | 12:55 Ramiz Mehdiyev barəsindəki hökmdən narazıdır - Daha yüngül cəza istəyir | 12:54 Mərdəkanda yataqxanada yanğın - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi

18.11.2026 15:31 42
İlham Əliyev Edqars Rinkeviçsə məktub göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsə təbrik məktubu göndərib.

Median.Az
President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:

"Latviya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Latviya əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Bu gün ikitərəfli münasibətlərimizin yüksələn xətt üzrə inkişaf etməsi və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.

Sizin aprel ayında Azərbaycana rəsmi səfəriniz dövlətlərlərarası əlaqələrimizin yeni pilləyə qaldırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün əlverişli şərait formalaşdırmışdır.

İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsi, həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində əməkdaşlığımızın genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətinizdə uğurlar, Latviya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Son xəbərlər