"Boşanıram" deyən arvadını döydü, uşaqlarını öldürməklə hədələdi: Cərimələndi
Bakıda kişi ondan boşanmaq istəyən arvadını döyüb.
Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonu, NZS qəsəbəsində baş verib.
41 yaşlı Tural Musayev (ad və soyad şərtidir-red.) aralarında yaranmış mübahisədən sonra ondan boşanmaq istəyən arvadı Güllüyə xəsarət yetirib.
Faktla bağlı cinayət işi başlanıb.
İki uşaq atası olan Tural ifadəsində bildirib ki, Güllü ilə bir müddət mehriban yaşasalar da, sonra münasibətləri pisləşib. Bundan sonra Güllü ondan ayrılmaq istədiyini bildirib. Bu zaman Tural daha da əsəbiləşərək onun başına və bədəninin müxtəlif yerlərinə əllə xəsarət yetirib.
Zərərçəkmiş ifadəsində bildirib ki, əri hər gün spirtli içki qəbul edərək onu döyüb. Lakin o, ailəsinin dağılmaması üçün şikayət etməyib. Sonuncu dəfə Güllü Turaldan ayrılmaq istədiyini deyəndə isə onu uşaqlarını öldürəcəyi ilə hədələyib və döyüb.
Bundan sonra qadın uşaqlarını da götürərək küçəyə çıxıb və DİN-in "102" xidmətinə zəng edib.
Güllü Turalla barışmadığını, ondan şikayətçi olduğunu deyib.
Məhkəmənin qərarı ilə T.Musayev 1 000 manat cərimələnib.