Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Alimlər milyonlarla insanın yaşadığı vulkanın altında iki maqma kamerası tapdı | 22:55 Estoniyanın XİN başçısı Azərbaycana səfər edəcək | 22:46 Şagirdlərin elektron yerdəyişməsi prosesi başladı | 22:41 "Voyacer-1" Yerdən bir işıq günü uzaqlaşacaq - Siqnalın çatması 24 saat çəkəcək | 22:33 Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib | 22:28 "Zelenski Ukraynanı ətçəkən maşına çevirib" - Zaxarova | 22:20 4 tibb müəssisəsində qanun pozuntuları aşkarlandı - Rəhbərləri çıxarıla bilər | 22:14 Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - Foto | 22:08 Azərbaycanda müəmmalı ölüm: İş adamının meyiti tapıldı | 22:02 Ölkədə əcnəbi tələbələrin təhsilinə daha çox pul ayrılacaq | 21:57 Avrozonada inflyasiya son üç ilin rekordunu qırdı | 21:49 Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq | 21:44 Rafael Nadal "Real Madrid"in rəhbərliyində yer ala bilər | 21:36 Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq | 21:32 Süni intellekt 2030-cu ilədək dünya iqtisadiyyatına 22,3 trilyon dollar qazandıracaq | 21:25 Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI | 21:20 Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir? | 21:11 Kirayə mənzil götürənlər evlərini başqalarına verə bilərlər? | 21:06 Kürün taleyi təhlükədədir: Yayda quraqlıq, qışda daşqın olacaq | 20:54 Pensiyaların nə qədər artacağı bəlli oldu |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə

28.07.2026 23:04 396
Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə
Bakıda kişi arvadını döyüb.

Median.Az
“Lent.az”a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində qeydə alınıb. 39 yaşlı Fərid Nəcəfov (ad və soyad şərtidir) yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı arvadı Nigarı (şərti adla) əl və ayaq zərbələri ilə döyərək, xəsarətlər yetirib. İttiham aktına görə, hadisəyə səbəb Nigarın ərindən gizli özünə yeni telefon alması və ətir alveri ilə məşğul olması olub. Zərərçəkənin şikayəti əsasında Fərid polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, fəhlə işləyərək gəlir əldə edir:
“Həmin gün işə getmədiyim üçün evdə olmuşam. Evin yataq otağına daxil olanda arvadımın əlində əvvəllər görmədiyim yeni mobil telefon olduğunu görərək, ondan telefonun kimə məxsus olduğunu soruşdum. Nigar da məndən xəbərsiz ətir satışı ilə məşğul olduğunu, bu səbəbdən gizli şəkildə yeni mobil telefon alaraq işlətdiyini etiraf etdi. Bu zaman aramızda sözlə mübahisə yarandı. Mübahisə zamanı əsəblərimi cilovlaya bilməyib əlimlə və ayağımla Nigarın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurdum. Bundan sonra o, ağlayaraq qonaq otağına getdi, özüm də sakitləşmək üçün yataq otağında qaldım. Sonradan Nigarla boşanmaq qərarına gəldiyimiz üçün arvadım valideyinlərinin yaşadığı evə, özüm də valideyinlərimin yanına Mingəçevirə getdim. Bu hadisədən sonra arvadımla telefonla danışdıq, lakin qadın onu döydüyüm üçün üzr istəməyəcəyim təqdirdə döyülməsi ilə əlaqədar polisə şikayət edəcəyini bildirdi. Buna görə telefonda da onunla mübahisə etdim. Bir müddət sonra isə arvadımın məndən polisə şikayət etdiyini öyrəndim”.

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, arvadı yüngül həyat tərzi sürən rəfiqəsi ilə yazışıb. Buna görə də, Nigara hər mesaja görə 1 olmaqla, ümumilikdə 20 sillə vurub. Fərid Nəcəfov əməlindən peşman olduğunu bildirib. Zərərçəkən Nigar da həmçinin ərinə qarşı heç bir şikayət və tələbinin olmadığını deyib. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Fərid Nəcəfov məsuliyyətdən azad olunub.

Son xəbərlər