Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda kişi sinif yoldaşına zəng edən arvadını döydü

18.11.2025 20:34 474
Lənkəranda kişi sinif yoldaşına zəng edən arvadını döydü
Lənkəranda kişi arvadını döyüb.

Median.Az
"Lent.az"a istinadən xəbər verir ki, hadisə şəhərin Mirsalayev küçəsində qeydə alınıb.

41 yaşlı Balamir Məlikov (ad və soyad şərtidir) yaşadıqları evdə arvadı ilə aralarında yaranan mübahisə zamanı qadının əlini pəncərənin arasında sıxıb, sonra da yumruq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirib.

Faktla bağlı Balamir Məlikov barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, arvadı sinif yoldaşına zəng etdiyi üçün aralarında mübahisə yaranıb:

"14 ildir ki, evliyəm, 1 övladımız var. Arvadım çox qısqancdır. Sinif yoldaşımın atası dünyasını dəyişmişdi. Bakıya yasa getmişdim. Əlavə işlərim olduğu üçün Bakıdan gec çıxdım. Bu zaman arvadım sinif yoldaşıma zəng edərək, mənim doğrudan da yasa gedib-getmədiyimi soruşub. Bu mənə pis təsir etdi. Evə qayıdıb niyə belə etdiyini və sinif yoldaşımın nömrəsini haradan bildiyini soruşdum. Cavab vermədi".

Zərərçəkən qadın isə ərini bağışlamadığını deyib və ona istintaq aparılan maddə üzrə (CM-in 128-ci maddəsi) ən ağır cəza verilməsini məhkəmədən xahiş edib.

Lənkəran Rayon Məhkəməsinin qərarı ilə Balamir Məlikov 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Son xəbərlər