Mojo.az Banner
12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |     12:04 Süni intellekt təhsili dəyişir – Dərs müddəti qısaldıla bilər  |     11:58 Berdiməhəmmədov: "Azərbaycanın C5-ə qoşulması Asiya və Avropa ilə əməkdaşlıq perspektivləri açır"  |     11:54 Bakıda hotellərdən birinin fəaliyyəti dayandırıldı - Video  |     11:51 Səfərbərlik Xidmətinin vəzifəli şəxsi barədə cinayət işi məhkəməyə göndərildi  |     11:44 Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb  |     11:36 Onlayn kreditlərlə bağlı AÇIQLAMA – Bu qədər gözləməlisiniz  |     11:30 Kirayə mənzillər niyə bahalaşır? – Ekspertdən AÇIQLAMA  |     11:23 Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - Foto  |     11:22 Azərbaycan nefti kəskin bahalaşdı  |     11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda kişi işdən çıxmaq istəyən arvadını döydü

17.01.2024 13:02 1 986
Bakıda kişi işdən çıxmaq istəyən arvadını döydü
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Fərrux Məmmədovun (ad şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 2023-cü ilin aprelin 27-də, saat 07 radələrində paytaxtın Xəzər rayonu ərazisində yerləşən evlərdən birində qeydə alınıb. Belə ki, Fərrux Məmmədov arvadı, zərərçəkmiş Günay Məmmədova (ad şərtidir) ilə ailə məişət zəminində mübahisə edib. Bu zaman o, şüşə qab, əli və ayağı ilə qadının başına, sağ bazu, sağ bud, kürək və qarın nahiyələrinə qəsdən vuraraq, ona xəsarətlər yetirib. Məhkəmə iclasında Fərrux Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, 2023-cü il aprel ayının 27-də yaşadıqları evdə həyat yoldaşı Günay Məmmədova ilə aralarında mübahisə yaranıb. Buna səbəb isə arvadının qayınanası, yəni özünün anası ilə bir yerdə işləmək istəməməsi, ona başqa bir yerdə iş olduğunu və anasının yanındakı yerdən çıxıb, həmin yerə işə gedəcəyini bildirməsi olub. Fərrux Məmmədov dindirilərkən deyib ki, Günaya razılıq verməyib və əsəbiləşərək ona iki şillə vurub və daha sonra işə gedib: “Arvadım isə bundan əvvəl həyətdə olarkən yıxılıb və əməliyyata ehtiyacı yaranıb. Mən ona heç bir xəsarət yetirməmişəm”. İstintaq dövründə onun barəsində Cinayət Məcəlləsinin polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner