Valideynlərin cibinə, uşaqların dərs yükünə daha bir zərbə: Yeni imtahan təklifi
Son dövrlər buraxılış imtahanlarının əhatə dairəsinin genişləndirilməsi, şagirdlərin bilik və bacarıqlarının daha əhatəli qiymətləndirilməsi məsələsi müzakirə olunur. IX və XI siniflərin buraxılış imtahanlarına informatika və məntiq fənlərinin də əlavə edilməsi ehtimalı isə bir sıra suallar doğurur.
Belə bir dəyişiklik reallaşarsa, şagirdlər indiyədək hazırlaşdıqları fənlərlə yanaşı, əlavə olaraq məntiq və informatika üzrə də imtahana hazırlaşmalı olacaqlar. Bu isə həm onların dərs yükünün artmasına, həm də ailələrin əlavə hazırlıq xərcləri ilə üzləşməsinə səbəb ola bilər. Xüsusilə məntiq hazırlığına tələbatın artması yeni repetitorluq bazarının formalaşmasına gətirib çıxara bilər.
Digər tərəfdən, Azərbaycanda bütün məktəblərin müasir kompüter otaqları, lazımi texniki avadanlıqlar və informatika fənninin praktiki tədrisi üçün bərabər imkanlarla təmin olunmadığı nəzərə alınmalıdır. Belə şəraitdə informatika üzrə imtahanın tətbiqi nə dərəcədə obyektiv qiymətləndirmə təmin edə bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev bildirib:
"Dünya artıq yeni standartlar əsasında imtahanlar götürür. Bir və ya iki fənn ilə imtahan həyata keçirir. Biz yenə də Azərbaycan vətəndaşlarını kimlərinsə mənafeyinin qurbanına çevirməkdə maraqlıyıq. Kimsə daha çox qazanc əldə etmək üçün gündə bir fikir səsləndirir. Fənlərin sayı artırılmamalıdır. Əksinə, fənlərin sayı minimallaşdırılmalıdır. 2-3 fəndən imtahan verib ali təhsil müəssisəsini qazanmalıdır. Biz beynəlxalq standartlara və qəbul qaydalarına baxmalıyıq. Dünya artıq SLT, IELTS ilə 1-2 fəndən qəbul həyata keçirir. Çox uzağa getmirəm, qonşu və qardaş ölkə Türkiyədə YÖS ilə cəmi iki fəndən imtahan həyata keçirir.
Elçin Əfəndiyev qeyd edib ki, biz isə 6-7 fənni az hesab edir, 8-9 fənlə artırırıq. İnformatika fənni vacib və labüddür. Hazırda 1-ci ixtisas qrupunda yer alan ixtisaslara görə informatika fənni blok imtahanına daxil edilib. Amma bu gün baxsaq, məktəblərdə şagirdlər 1-ci sinifdən 11-ci sinfə qədər informatika fənninin tədrisini alırlar. İnformatika texnologiyaları alətlərinin hər gün yenilənməsi anlaşılandır. Və bir çox sahələr informasiya texnologiyaları alətlərindən tədricən asılı vəziyyətə düşür. Amma bunun müqabilində informatika fənnini bütün qruplara daxil etməklə uğurlu vəziyyət yarada bilməyəcəyik.
Mütəxəssis sonda əlavə edib ki, fənlərin sayını minimallaşdırmalıyıq. İnformatika və ya süni zəka əsaslı tədrisi ali təhsil istiqamətinə yönəltməliyik. Abituriyentlər tələbə adı aldıqdan sonra universitetdə, bütün ixtisas qruplarında 1 və ya 2 kurs süni zəka əsaslı informasiya texnologiyaları yönündə tədris almalıdırlar. Müasir, qlobal dünyada və çağırışlar dövründə biz artıq ənənəvi qəbul modelindən yeni qəbul modelinə keçid etməliyik. Yeni dünya bunu tələb edir. Öz ölkəmizdə belə, ADA universiteti SLT ilə qəbul həyata keçirirsə,bunu digər universitetlərimiz üçün də tətbiq etmək o qədər çətin məsələ deyil.
Median.Az
Belə bir dəyişiklik reallaşarsa, şagirdlər indiyədək hazırlaşdıqları fənlərlə yanaşı, əlavə olaraq məntiq və informatika üzrə də imtahana hazırlaşmalı olacaqlar. Bu isə həm onların dərs yükünün artmasına, həm də ailələrin əlavə hazırlıq xərcləri ilə üzləşməsinə səbəb ola bilər. Xüsusilə məntiq hazırlığına tələbatın artması yeni repetitorluq bazarının formalaşmasına gətirib çıxara bilər.
Digər tərəfdən, Azərbaycanda bütün məktəblərin müasir kompüter otaqları, lazımi texniki avadanlıqlar və informatika fənninin praktiki tədrisi üçün bərabər imkanlarla təmin olunmadığı nəzərə alınmalıdır. Belə şəraitdə informatika üzrə imtahanın tətbiqi nə dərəcədə obyektiv qiymətləndirmə təmin edə bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyev bildirib:
"Biz hər fənn sayını artırdıqca, bu şagirdlərin əlavə dərs yükünü artırır, valideynlərin əlavə maliyyə resurslarını tükədirik. Bu, ailə büdcəsinin demək olar ki, tar-mar edir".
Dünya modelindən nümunə çəkən mütəxəsis vurğulayıb:"Dünya artıq yeni standartlar əsasında imtahanlar götürür. Bir və ya iki fənn ilə imtahan həyata keçirir. Biz yenə də Azərbaycan vətəndaşlarını kimlərinsə mənafeyinin qurbanına çevirməkdə maraqlıyıq. Kimsə daha çox qazanc əldə etmək üçün gündə bir fikir səsləndirir. Fənlərin sayı artırılmamalıdır. Əksinə, fənlərin sayı minimallaşdırılmalıdır. 2-3 fəndən imtahan verib ali təhsil müəssisəsini qazanmalıdır. Biz beynəlxalq standartlara və qəbul qaydalarına baxmalıyıq. Dünya artıq SLT, IELTS ilə 1-2 fəndən qəbul həyata keçirir. Çox uzağa getmirəm, qonşu və qardaş ölkə Türkiyədə YÖS ilə cəmi iki fəndən imtahan həyata keçirir.
Elçin Əfəndiyev qeyd edib ki, biz isə 6-7 fənni az hesab edir, 8-9 fənlə artırırıq. İnformatika fənni vacib və labüddür. Hazırda 1-ci ixtisas qrupunda yer alan ixtisaslara görə informatika fənni blok imtahanına daxil edilib. Amma bu gün baxsaq, məktəblərdə şagirdlər 1-ci sinifdən 11-ci sinfə qədər informatika fənninin tədrisini alırlar. İnformatika texnologiyaları alətlərinin hər gün yenilənməsi anlaşılandır. Və bir çox sahələr informasiya texnologiyaları alətlərindən tədricən asılı vəziyyətə düşür. Amma bunun müqabilində informatika fənnini bütün qruplara daxil etməklə uğurlu vəziyyət yarada bilməyəcəyik.Mütəxəssis sonda əlavə edib ki, fənlərin sayını minimallaşdırmalıyıq. İnformatika və ya süni zəka əsaslı tədrisi ali təhsil istiqamətinə yönəltməliyik. Abituriyentlər tələbə adı aldıqdan sonra universitetdə, bütün ixtisas qruplarında 1 və ya 2 kurs süni zəka əsaslı informasiya texnologiyaları yönündə tədris almalıdırlar. Müasir, qlobal dünyada və çağırışlar dövründə biz artıq ənənəvi qəbul modelindən yeni qəbul modelinə keçid etməliyik. Yeni dünya bunu tələb edir. Öz ölkəmizdə belə, ADA universiteti SLT ilə qəbul həyata keçirirsə,bunu digər universitetlərimiz üçün də tətbiq etmək o qədər çətin məsələ deyil.
Median.Az
