Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:33 Skuterlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA | 14:22 Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi | 13:52 Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI | 13:22 Ordubadda itkin düşən şəxs Türkiyədə tapıldı | 13:17 İnsan öldükdən sonra onu təhqir edənləri nə gözləyir? – İlahiyyatçıdan AÇIQLAMA | 12:54 Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi tarix açıqlandı | 12:48 Məleykə Abbaszadə tələbələrin şikayətini nəzarətə götürdü, işçi qrup yaratdı | 12:36 İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib | 12:34 Valideynlər uşaqları internet təhlükələrindən necə qorumalıdır? | 12:25 Aparıcı Fira Cəlilova bağındakı əməliyyatla bağlı yeni video yaydı | 12:23 Bəzi texnikaların idxalı ƏDV-dən azad olunacaq | 12:22 Beynəlxalq yükdaşımaya vergi güzəşti təklif edilir | 11:51 Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb | 11:50 Azərbaycanda universitetdə əməkhaqqı ilə bağlı yenilik | 11:46 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? | 11:43 Ağsuda ağac 6 yaşlı uşağın ölümünə səbəb oldu | 11:38 Fira Cəlilovanın evinə basqın edilib? - DİN-dən açıqlama | 11:26 Azərbaycanda yükdaşıma ilə bağlı yeni cərimə | 11:16 Adı generalın qızı ilə məhkəmə işində hallanan vəzifəli şəxs işdən çıxarıldı | 23:01 Sarımsaq həqiqətən xəstəliklərdən qoruyur? |
Mojo.az Avto
Mojo.az Avto

Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi

27.11.2026 14:22 51
Həyətyanı torpaqlara çıxarış almaq asanlaşır - Parlament razılıq verdi
Azərbaycanda həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında da verilməsi nəzərdə tutulur.

Sözügedən məsələ parlamentin bugünkü plenar iclasında müzakirə edilən Mülki Məcəlləyə və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Dəyişiklik "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququnun rəsmiləşdirilmədiyi həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur.

Sözügedən qanuna uyğun olaraq vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-dək davam edib. Lakin həmin vaxtdan etibarən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə komitə tərəfindən vətəndaşlara torpaq sahəsinin plan-ölçüsü təqdim olunub.

Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-dək şəhadətnamə aldığı halda, digər qismi həmin müddətədək müraciət etmədiyindən, onlara mülkiyyət hüququnu təsdiqləyən sənəd yox, yalnız texniki xarakterli plan-ölçü verilib.

Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur. Halbuki hər iki halda sahə vətəndaşlara torpaq islahatı çərçivəsində verilib. Beləliklə, eyni hüquqi əsasla torpaq sahəsi əldə etmiş vətəndaşlardan bir qismi mülkiyyət hüququnu təsdiqləyən şəhadətnamə, digər qismi isə yalnız texniki xarakterli plan-ölçü əldə edib. Eyni problem bələdiyyələr tərəfindən vətəndaşlara ayrılmaqla ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 2006-2015-ci illərdə plan-ölçü tərtib edilmiş həyətyanı torpaq sahələrinə münasibətdə özünü göstərib.

Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-dək olan dövrdə "Torpaq islahatı haqqında" Qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin olunacaq.
//oxu.az

Son xəbərlər