Skuterlərə məcburi dəbilqə tələbi mikromobilliyə zərbə vura bilər - AÇIQLAMA
Son illər Azərbaycanda, xüsusilə Bakı və Sumqayıt kimi şəhərlərdə elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə genişlənməkdədir. Bu nəqliyyat vasitələri bir tərəfdən şəhərdaxili hərəkətdə alternativ və rahat seçim kimi çıxış etsə də, digər tərəfdən yol hərəkəti təhlükəsizliyi baxımından bir sıra suallar yaradır. Xüsusilə dəbilqədən istifadə edilməməsi, sürət həddinə əməl olunmaması, piyadaların hərəkətinə maneə yaradılması və azyaşlıların bu vasitələrdən nəzarətsiz istifadəsi riskləri artıran amillər sırasındadır.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın da məsələ ilə bağlı təklifləri gündəmə gəlib. Ombudsmanın qənaətinə görə, elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə zamanı dəbilqənin məcburi norma kimi müəyyənləşdirilməsi, eləcə də dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması zəruridir.
Bəs mövcud qanunvericilik bu nəqliyyat vasitələrinin istifadəsini nə dərəcədə tənzimləyir? Elektroskuterlərin hərəkətinə hansı məhdudiyyətlər tətbiq edilməli, sürücülərin və piyadaların təhlükəsizliyi necə təmin olunmalıdır? Yeni qaydaların tətbiqi şəhər nəqliyyatında hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən nəqliyyat və yol hərəkəti məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib:
Yasin Mustafayev qeyd edib ki, bu tip fikirlər çox səsləndirilir. Lakin biz buna getməməliyik. Çünki dəbilqəni məcbur etsək, insanlar çətin istifadə edəcəklər. İnsanlar ürindəki dəbilqəni, qoruyucu dizliyi və s. üzərlərində gəzdirməkdə çətinlik çəkəcəklər. Ona görə də bundan imtina edəcəklər.
Bu məsələni müsbət və real qarşılamadığını deyən ekspert sonda dünya təcrübəsindən danışıb:
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın da məsələ ilə bağlı təklifləri gündəmə gəlib. Ombudsmanın qənaətinə görə, elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə zamanı dəbilqənin məcburi norma kimi müəyyənləşdirilməsi, eləcə də dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması zəruridir.
Bəs mövcud qanunvericilik bu nəqliyyat vasitələrinin istifadəsini nə dərəcədə tənzimləyir? Elektroskuterlərin hərəkətinə hansı məhdudiyyətlər tətbiq edilməli, sürücülərin və piyadaların təhlükəsizliyi necə təmin olunmalıdır? Yeni qaydaların tətbiqi şəhər nəqliyyatında hansı dəyişikliklərə səbəb ola bilər?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən nəqliyyat və yol hərəkəti məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib:
"Təəssüflər olsun ki, ölkəmizdə, ümumiyyətlə Bakıda uzun illər avtomobilyönümlü şəhər təsis etmişik. İnsanların kimliyindən asılı olmayaraq bir çoxu hələ də velosiped və avtobus zolağının əhəmiyyətsiz olduğunu deyirlər. Onlar velosiped və skuterin qadağan edilməsini, avtomobil yollarının genişləndirilməsini istəyirlər. Müəyyən məhdudiyyətlərin tətbiq edilməsini, qoruyucu vasitələrin taxılmasını təklif edirlər".
Mütəxəssisin sözlərinə görə, biz, insanyönümlü şəhər qurmaq yönündə addımlayırıq. Əsasən insanların hərəkət edəcəyi bir mühit yaratmaq, piyadaların, mikromobilliyin, ictimai nəqliyyatın inkişaf etdirilməsi nəzərdə tutulur. Biz bu sıxlığın qarşısını ancaq bu yolla ala bilərik.
Yasin Mustafayev qeyd edib ki, bu tip fikirlər çox səsləndirilir. Lakin biz buna getməməliyik. Çünki dəbilqəni məcbur etsək, insanlar çətin istifadə edəcəklər. İnsanlar ürindəki dəbilqəni, qoruyucu dizliyi və s. üzərlərində gəzdirməkdə çətinlik çəkəcəklər. Ona görə də bundan imtina edəcəklər.Bu məsələni müsbət və real qarşılamadığını deyən ekspert sonda dünya təcrübəsindən danışıb:
"Dünya təcrübəsində çox nadir ölkələrdə belə tətbiqlər var. Çox ölkələrdə dəbilqəsiz istifadəyə icazə verilir. Bu, xarici ölkələrdə könüllü bir prosesdir. Biz insanları bu istiqamətdə addım atmağa təşviq etməliyik. Məsələn, yaxın məsafələrə piyada getmək, mikromobillikdən və ictimai nəqliyyatdan geniş istifadə etmək təbliğ olunmalıdır. Belə olan halda düşdüyümüz vəziyyət daha da ağırlaşmayacaq".
Median.Az
