Axtarışda olan şəxsi gizlətməyin cəzası AÇIQLANDI
Axtarışda olan şəxsin başqa bir şəxsin evində bilərəkdən gizlədilməsi hüquqi məsuliyyət yarada bilər. Belə hallarda şəxsin axtarışda olduğunu bilə-bilə onun yerini gizlədən, hüquq-mühafizə orqanlarından yayınmasına kömək edən şəxslərin hansı məsuliyyətə cəlb olunması məsələsi gündəmə gəlir. Axtarışda olan şəxsi bilərəkdən öz evində və ya başqa bir yerdə gizlədən şəxsi qanunvericiliyə əsasən hansı hüquqi məsuliyyət gözləyir? Bu əmələ görə hansı cəza nəzərdə tutulur?
Hüquqşünas Şamil Paşayev bu barədə Median.Az-a bildirib ki, axtarışda olan şəxsin bağ evində saxlanılması özlüyündə ev sahibini cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət etmir:
Hüquqşünas Şamil Paşayev bu barədə Median.Az-a bildirib ki, axtarışda olan şəxsin bağ evində saxlanılması özlüyündə ev sahibini cinayət məsuliyyətinə cəlb etmək üçün kifayət etmir:
“Əvvəlcə həmin şəxsin hansı əmələ görə axtarıldığı, ev sahibinin törədilmiş cinayət barədə nə bildiyi və şəxsin gizlənməsinə qəsdən kömək edib-etmədiyi müəyyənləşdirilməlidir. Məsələn, ev sahibinin ağır cinayət törədildiyini bilə-bilə həmin şəxsə polisdən gizlənməsi üçün yer verməsi aktiv gizlətmə kimi qiymətləndirilə bilər. Nəzərə almaq lazımdır ki, yaxın qohumlarla bağlı xəbər verməmək istisna təşkil edir. Oğurluq və ya digər xüsusiyyətlərlə bağlı iddialar isə araşdırma nəticəsində Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən yalan olduğunu bilə-bilə şəxsi cinayət törətməkdə ittiham etmək məsuliyyətə səbəb olur”.