Mojo.az Banner
11:15 Sürücülük vəsiqəsi üçün kömək vəd etdi, 900 manatını ələ keçirdi  |     11:12 Azərbaycanda məhkum olunmuş şəxslər niyə iş tapa bilmirlər? - Nazirdən açıqlama  |     11:10 Rusiya-Ukrayna müharibəsində azərbaycanlı hərbçi həlak oldu  |     11:00 İş yerini dəyişdirmək istəyən müəllimlər üçün fürsət  |     23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas

07.10.2026 15:21 477
Şəkilin icazəsiz paylaşımına görə məhkəməyə müraciət etmək olar – Hüquqşünas
Sosial şəbəkələrdə insanların fotoşəkillərinin icazələri olmadan paylaşılması son illərdə geniş yayılan hallardan biridir. Bəzən şəxsin razılığı olmadan çəkilən və ya şəxsi arxivindən əldə edilən görüntülər sosial platformalarda yayımlanır. Bu isə həmin şəxsin şəxsi həyatına və hüquqlarına müdaxilə ilə bağlı suallar yaradır. Bəs belə hallarda zərərçəkən şəxsin hüquqları nələrdir? Kimsə sizin fotoşəklinizi icazəniz olmadan sosial şəbəkədə paylaşarsa, onu məhkəməyə vermək mümkündürmü?

Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov Median.Az-a açıqlamasında deyib ki, sosial şəbəkələrdə şəxslərin fotoşəkillərinin razılıqları olmadan yayımlanması son illərdə geniş yayılmış hallardan biridir:

“Belə vəziyyətlərdə məsələ yalnız fotoşəklin paylaşılması ilə məhdudlaşmır, şəxsin şəxsi həyatının toxunulmazlığı, şərəf və ləyaqətinin müdafiəsi, habelə şəxsi məlumatlarının qorunması ilə bağlı hüquqi məsələlər də meydana çıxa bilər. Azərbaycan Respublikasının Konstitusiyası şəxsin şəxsi və ailə həyatının sirrini qoruyur və qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin razılığı olmadan onun şəxsi həyatı haqqında məlumatların toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Bununla yanaşı, şəxsin fotoşəklinin konkret olaraq hansı şəraitdə çəkilməsi və paylaşılması mühüm əhəmiyyət daşıyır. Məsələn, fotoşəklin ictimai yerdə çəkilməsi avtomatik olaraq həmin görüntünün istənilən formada və məqsədlə sosial şəbəkədə yayılmasına hüquqi icazə vermir. Xüsusilə paylaşım şəxsin nüfuzuna, şərəf və ləyaqətinə zərər vurursa və ya onun şəxsi həyatına müdaxilə təşkil edirsə, hüquqi məsuliyyət məsələsi yarana bilər”.

O qeyd edib ki, zərərçəkən şəxsin bir sıra hüquqları mövcuddur:

“O, ilk növbədə fotoşəklin silinməsini və yayılmasının dayandırılmasını tələb edə, zərurət yarandıqda isə məhkəməyə müraciət edə bilər. Konkret hallardan asılı olaraq vurulmuş maddi zərərin, eləcə də mənəvi zərərin əvəzinin ödənilməsi tələb edilə bilər. Məhkəməyə müraciət etmək üçün fotoşəklin harada, kim tərəfindən, hansı məqsədlə və hansı formada yayımlandığı, həmin paylaşımın şəxsin hüquq və qanuni mənafelərinə necə təsir etdiyi mühüm əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, hər bir icazəsiz foto paylaşımı avtomatik olaraq cinayət və ya inzibati xəta demək deyil. Lakin paylaşım şəxsin şəxsi həyatına müdaxilə edirsə, şərəf və ləyaqətinə xələl gətirirsə və ya digər qanunla qorunan hüquqlarını pozursa, mülki, inzibati və konkret hallardan asılı olaraq digər hüquqi məsuliyyət məsələləri gündəmə gələ bilər. Bu səbəbdən belə hallarda şəxsin paylaşımı sübut edən ekran görüntülərini, paylaşımın linkini, tarix və vaxt məlumatlarını və digər elektron sübutları saxlaması vacibdir”.

Ayselскачать dle 11.3
Mojo.az Banner