Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəxsi yazışmalar və "WhatsApp" izlənməsi ilə bağlı Ali Məhkəmədən YENİ QƏRAR

18.02.2026 15:59 510
Şəxsi yazışmalar və
Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər sərgiləyib.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Plenum qərarında qeyd edilir ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir. Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazid əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur.

Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

O da qeyd edilməlidir ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər. Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər.

Xüsusi olaraq qeyd edilməlidir ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır, bu hal şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla mənəvi zərərin yaranma əsası hesab edilir.

Plenum qərarında həm də göstərilir ki, şəxsin "WhatsApp" yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır. Yalnız valideyn yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan baxa bilər.скачать dle 11.3
Mojo.az Banner