Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı

10.10.2026 21:39 297
Farmaniya.com dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyev məhkəmə zalından azadlığa buraxılıb.

Bu barədə "Unikal"a təqsirləndirilən şəxsin vəkili Nərminə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Hüseyn Quliyev barəsində 1-ci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Yekun qərara əsasən, Hüseyn Quliyevə qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə xitam verilib. Cinayət Məcəlləsinin 244-1.2.2 (qumar oyunu təşkil etmə və reklam etmə) maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.

193-1.3.2-ci (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddəsi ilə Hüseyn Quliyevə 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.

Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona 1 il 6 ay sınaq müddəti təyin edilib və dərhal məhkəmə zalından azadlığa buraxılıb.

Eyni zamanda, cinayət yolu əldə edilmiş əmlak hesab edilən "Land Rover" markalı avtomobilin üzərindən həbs götürülməsi və onun sahibinə qaytarılması barədə də qərar qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner