Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir

10.10.2026 22:55 702
Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir
Türkiyədə 15 yaşına çatmamış uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyət qoyulacaq. Yeni qaydalara əsasən, platformalar bu yaş qrupuna xidmət göstərə bilməyəcək, 15-18 yaş arası yeniyetmələr üçün isə əlavə təhlükəsizlik tədbirləri tətbiq olunacaq.

Bu barədə “Anadolu Ajansı” və “Cumhuriyet” nəşrləri məlumat yayıb.

Məlumata görə, müvafiq qaydalar oktyabrın 10-da Türkiyənin “Resmî Gazete” adlı rəsmi qəzetində dərc olunub. Yeni tələblər 2026-cı il noyabrın 1-dən qüvvəyə minəcək.

Qaydalara əsasən, sosial şəbəkələr istifadəçilərin yaşını yoxlamalı və 15 yaşı tamam olmayan uşaqların hesab yaratmasına icazə verməməlidir. Yaşın təsdiqlənməsi Türkiyənin dövlət elektron xidmətlər sistemi olan “e-Devlet” vasitəsilə həyata keçiriləcək. Sistem istifadəçinin dəqiq şəxsi məlumatlarını platformaya açıqlamadan onun yaş kateqoriyasını təsdiqləməlidir.

15-18 yaş arası yeniyetmələr üçün də bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Belə ki, onların hesabları standart olaraq qapalı olacaq, canlı yayımlar keçirmələrinə icazə verilməyəcək. Yeniyetmələr şəxsi mesajları yalnız izlədikləri hesablardan qəbul edə biləcəklər. Bundan başqa, həmin yaş qrupuna fərdiləşdirilmiş reklamların göstərilməsi qadağan ediləcək.

Yeni qaydalar sosial şəbəkələrin valideynlər üçün nəzarət alətləri təqdim etməsini də tələb edir. Bu alətlər vasitəsilə valideynlər uşaqların platformalarda keçirdiyi vaxtı məhdudlaşdıra, hesab parametrlərini idarə edə və ödənişli əməliyyatlara nəzarət edə biləcəklər.

Mövcud hesabların istifadəçilərinin yaşının yoxlanılması üçün platformalara 2027-ci il martın 31-dək vaxt veriləcək. Yoxlama zamanı 15 yaşına çatmamış şəxslərə məxsus olduğu müəyyən edilən hesablar bağlanacaq.

Qeyd edək ki, yeni məhdudiyyətlərin əsas məqsədi uşaqların internetdə təhlükəsizliyini gücləndirmək və onların zərərli məzmuna çıxışını məhdudlaşdırmaqdır.
//sfera.azскачать dle 11.3
Mojo.az Banner