Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı

10.10.2026 22:41 561
Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı
Azərbaycanın ikinci əl avtomobil bazarında, xüsusilə də taksi və gündəlik istifadə üçün ən çox tələb olunan hibrid avtomobillərdən olan "Toyota Prius" modellərinin qiymətlərində kəskin bahalaşma müşahidə olunur.

Elan saytlarında əks olunan son qiymət göstəriciləri alıcıları təəccübləndirib.

İllərdir ölkədə ən əlçatan avtomobillərdən biri sayılan 20-ci kuza (2008-ci il buraxılış) "Toyota Prius"ların qiyməti artıq 20 000 – 21 700 manat aralığına yüksəlib.

Digər model və illər üzrə bazardakı qiymət dinamikası:
2008–2010-cu il modelləri (1.5L / 1.8L): 20 000 - 21 900 AZN
2014–2019-cu il modelləri (1.8L): 20 700 - 27 000 AZN
Prius Prime / PHV modelləri (2016–2025): 23 800 - 35 900 AZN
Yeni nəsil 2023-cü il modelləri (2.0L): 30 500 - 40 500 AZN

Ekspertlər bildirirlər ki, idxal şərtlərinin sərtləşməsi, köhnə il avtomobillərinin ölkəyə gətirilməsinə tətbiq olunan məhdudiyyətlər və daxili pazarda hibrid nəqliyyat vasitələrinə olan yüksək tələbat qiymətlərin artmasını şərtləndirən əsas amillərdəndir. Bazardakı bu qiymət artımı xüsusilə büdcəli avtomobil almaq istəyən vətəndaşlar üçün ciddi çətinliklər yaradır.скачать dle 11.3
Mojo.az Banner