Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Valideynlər uşaqları sosial mediada istismar edir - Komitədən AÇIQLAMA

12.05.2026 13:37 675
Valideynlər uşaqları sosial mediada istismar edir - Komitədən AÇIQLAMA
Son illərdə sosial şəbəkələrdə uşaqların iştirakı ilə hazırlanan kontentlərin sayı sürətlə artır. Xüsusilə TikTok, İnstaqram və YouTube platformalarında azyaşlıların gündəlik həyatı, emosiyaları, davranışları və şəxsi görüntüləri milyonlarla insana təqdim olunur. Bəzi hallarda bu paylaşımlar ailə əyləncəsi və ya gəlir mənbəyi kimi təqdim edilsə də, bunun uşaqların hüquqları, təhlükəsizliyi və psixoloji inkişafı baxımından ciddi risklər yaratdığı halları da baş verir. Azyaşlıların sosial mediada davamlı şəkildə kontentə çevrilməsi onların şəxsi həyat toxunulmazlığının pozulmasına, gələcəkdə psixoloji travmalara və hətta istismar risklərinə səbəb ola bilər.

Müzakirə olunan əsas məsələlərdən biri də uşağın görüntüsünün paylaşılması ilə bağlı hüquqi çərçivənin nə dərəcədə müəyyənləşdirilməsidir.

Azərbaycanda valideynlərin övladlarını sosial şəbəkələrdə kommersiya və ya izlənmə məqsədilə paylaşmasına nəzarət mexanizmi varmı? Uşaq hüquqları bu hallarda necə qorunur və qanunvericilikdə bununla bağlı hansı boşluqlar mövcuddur?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki,
azyaşlı uşaqların sosial şəbəkələrdə "kontent obyektinə" çevrilməsi son illərdə yalnız etik deyil, həm də hüquqi və psixoloji baxımdan ciddi narahatlıq doğuran məsələlərdən biridir.

"Xüsusilə "TikTok", "İnstagram" və "YouTube" kimi platformalarda uşaqların gündəlik həyatının, emosional vəziyyətinin və şəxsi görüntülərinin geniş auditoriyaya təqdim olunması onların şəxsi həyat toxunulmazlığı və təhlükəsizliyi ilə bağlı mühüm risklər yaradır. Bu cür paylaşımlar bəzi hallarda valideynlər tərəfindən əyləncə və ya gəlir mənbəyi kimi təqdim edilsə də, uşağın gələcək psixoloji vəziyyətinə, sosial münasibətlərinə və rəqəmsal təhlükəsizliyinə mənfi təsir göstərə bilər", — deyə Teymur Mərdanoğlu əlavə edib.

Mətbuat katibi qeyd edib ki, mütəxəssislər də, qeyd edirlər ki, uşaqların özəl həyatına dair görüntülərin onların razılığı olmadan paylaşılması gələcəkdə utanc hissi, sosial təcrid, psixoloji travma və kibertəhdidlərə səbəb ola bilər. Xüsusilə yarıçılpaq və ya emosional həssas vəziyyətdə çəkilmiş foto və videoların yayılması istismar risklərini artırır və uşaqları müxtəlif təhlükəli şəxslərin hədəfinə çevirə bilir.

"Azərbaycanda uşaqların hüquqlarının qorunması" "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu, Konstitusiya və Azərbaycanın qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə təmin olunur.
Qanunvericiliyə əsasən, hər bir uşağın şəxsi həyat toxunulmazlığına, şərəf və ləyaqətinə hörmət olunmalı, həmin hüquqlar dövlət, cəmiyyət və valideynlər tərəfindən qorunmalıdır", — deyə o, vurğulayıb.

Müdaxilə imkanlarından bəhs edən T. Mərdanoğlu deyib:

"Hazırda Azərbaycan qanunvericiliyində valideynlərin övladlarını sosial mediada kommersiya məqsədilə paylaşmasını birbaşa və ayrıca tənzimləyən xüsusi mexanizm tam formalaşmasa da, uşağın hüquqlarını və maraqlarını zədələyən hallarda müdaxilə imkanları mövcuddur. Əgər paylaşılmış məzmun uşağın psixoloji inkişafına, təhlükəsizliyinə və ya ləyaqətinə zərər vurursa, bu artıq uşaq hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Son dövrlərdə bu istiqamətdə hüquqi tənzimləmələrin sərtləşdirilməsi və media mühitində uşaqların şəxsi məlumatlarının qorunması ilə bağlı yeni yanaşmalar da müzakirə olunur".

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dəfələrlə sosial şəbəkələrdə uşaqların qeyri-münasib formada təqdim olunmasının qəbuledilməz olduğunu vurğulayıb və valideyn məsuliyyətinin artırılmasının vacibliyini qeyd edib.
Mənə görə, uşaqların sosial mediada nəzarətsiz şəkildə paylaşılması onların mənəvi və psixoloji inkişafına mənfi təsir göstərə, həmçinin istismar risklərini artıra bilər".

"Bu baxımdan, məsələ yalnız hüquqi deyil, həm də etik və ictimai məsuliyyət məsələsi kimi qiymətləndirilməlidir. Uşağın rəqəmsal izi onun gələcək həyatına təsir edə biləcək daimi məlumat bazası formalaşdırır. Buna görə də valideynlər paylaşım edərkən uşağın mənafeyini, təhlükəsizliyini və gələcək hüquqlarını prioritet hesab etməlidirlər", — deyə sonda komitədən biıdirilib.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər