Mojo.az Banner
23:23 Avtosalondakı dələduzluq şəbəkəsi: 23 avtomobilin "müəmmalı" taleyi - Video  |     23:19 Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - Video  |     22:14 Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı  |     22:09 Rusiyada müəllimin azərbaycanlı ailənin övladı barədə sözləri qalmaqal yaradıb - FOTO  |     22:01 ŞAD XƏBƏR: Xankəndidə şəhərdaxili avtobus marşrutları fəaliyyətə başlayır  |     21:56 Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı  |     21:49 Kassa çekləri sağlamlıq üçün təhlükəlidir - Professor açıqladı  |     21:43 İran bu şəhərlərə uçuşları bərpa edir  |     21:38 "Beşiktaş"ın sabiq futbolçusu vəfat etdi  |     21:31 Göygöldə təcili yardım maşını qəzaya düşdü  |     21:26 "Son zəng" tədbirləri ilə bağlı təlimat: Şagirdlər məktəbli formasında olmalıdır  |     21:17 Maduronun həbsini mərc etdi - 400 min qazandı  |     21:12 Şənbə günü yağış yağacaq  |     21:04 Türkiyədə daha bir bələdiyyəyə qarşı əməliyyat keçirilib - Saxlanılanlar var  |     20:59 "Sərhədlər açılsa belə turizmin inkişafı tam təmin edilə bilməz" - İqtisadçı  |     20:50 Bu ölkədə 6 nazir bir gündə istefa verdi  |     20:44 ""Avant"ın rəhbəri rahat yatsın, biz səs-küyə dözək?" - Aparıcıdan şikayət (Video)  |     20:39 ABŞ yeni bir plan hazırlayır - CNN  |     20:35 Sosial media məktəblərdə zorakılığı alovlandırır – Milli Məclisdən reaksiya  |     20:31 "Olympus Park" şirkətindən ŞİKAYƏT - Video  |    
Left Banner
Right Banner

Sosial media məktəblərdə zorakılığı alovlandırır – Milli Məclisdən reaksiya

24.04.2026 20:35 297
Sosial media məktəblərdə zorakılığı alovlandırır – Milli Məclisdən reaksiya
Son dövrlər məktəb mühitində baş verən insidentlər cəmiyyətin ən həssas nöqtələrindən birinə çevrilib. Şagirdlər arasında münasibətlərin daha gərgin və aqressiv məcraya yönəlməsi, qarşıdurmaların bəzən real həyatdan əvvəl sosial şəbəkələrdə formalaşması bu problemin təkcə nizam-intizam məsələsi olmadığını göstərir. Mütəxəssislər artıq bunu həm psixoloji, həm də rəqəmsal mühitin təsiri ilə əlaqələndirir. Bu vəziyyət fonunda bəzi ölkələrdə uşaqları zorakı təsirlərdən qorumaq üçün yeni məhdudiyyətlər tətbiq olunur və bu yanaşmalar diqqət mərkəzinə gəlir.

Türkiyədə belə hadisələrin qarşısını almaq üçün seriallarda silah istifadəsi və uşaqların sosial şəbəkə istifadəsi qadağan edilib. Oxşar tətbiq bizdə də həyata keçirilə bilərmi? Milli Məclisdə bu yöndə müzakirələrin olması mümkündürmü?

Bu barədə Milli Məclisin deputatı Elnarə Akimova Median.Az-a danışıb.
Deputatın sözlərinə görə, məktəblərdə son dövrlər müşahidə olunan zorakılıq və aqressiya halları bizi ciddi şəkildə narahat edən məsələlərdən biridir. Təhsil ocaqları uşaqların yalnız bilik aldığı yer deyil, həm də onların şəxsiyyət kimi formalaşdığı, təhlükəsiz və sağlam mühitdə böyüdüyü məkan olmalıdır. Təəssüf ki, bəzi hallarda şagirdlər arasında baş verən münaqişələrin sərtləşməsi, zorakılığın artması və bu proseslərin sosial media üzərindən daha da alovlanması artıq məsələyə daha geniş və ciddi yanaşma tələb edir.

Akimova qeyd edib ki, Milli Məclisdə bu istiqamətdə zaman-zaman müzakirələr aparılır və qanunvericilik bazasının daha da təkmilləşdirilməsi üçün müxtəlif təkliflər irəli sürülür. Xüsusilə yetkinlik yaşına çatmayanların informasiya təhlükəsizliyi, sosial şəbəkələrdə zərərli kontentin qarşısının alınması, məktəbdaxili psixoloji xidmətlərin gücləndirilməsi və valideyn məsuliyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır.

"Biz görürük ki, bəzi xarici ölkələrdə, o cümlədən Türkiyədə seriallarda silah səhnələrinin məhdudlaşdırılması və uşaqların sosial şəbəkələrdən istifadəsinə daha sərt nəzarət kimi addımlar atılır. Bu təcrübələr əlbəttə araşdırılır və cəmiyyətimizin xüsusiyyətləri nəzərə alınmaqla uyğun mexanizmlərin tətbiqi müzakirə oluna bilər", — deyə deputat əlavə edib.

"Məqsəd qadağa yaratmaq deyil, uşaqların psixoloji sağlamlığını qorumaq və onları zorakılıq meyllərindən uzaq tutmaqdır".

Elnarə Akimova hesab edir ki, bu məsələdə yalnız məktəb və ya dövlət deyil, ailə, media və bütövlükdə cəmiyyət birlikdə məsuliyyət daşıyır. Uşağın ilk tərbiyə aldığı yer ailədir. Əgər ailədə sağlam münasibət varsa, məktəbdə də davranış fərqli olur. Eyni zamanda televiziya və sosial media da uşağın düşüncə tərzinə ciddi təsir göstərir.

Deputat sonda vurğulayıb ki, biz qanunları yeniləyə, nəzarəti gücləndirə bilərik, amma ən vacib məsələ cəmiyyət olaraq uşaqlara hansı nümunəni göstərdiyimizdir. Məktəb qorxu məkanı deyil, güvən və inkişaf yeri olmalıdır. Bunun üçün həm qanunvericilik, həm maarifləndirmə, həm də ictimai məsuliyyət paralel şəkildə işləməlidir. Bu istiqamətdə Milli Məclis öz üzərinə düşən vəzifəni bundan sonra da davam etdirəcək.


Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner