Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA

12.10.2026 17:24 813
Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA
“Təhsil haqqında qanunvericilikdə vahid məktəbli formasının müəyyən edilə biləcəyi nəzərdə tutulsa da, hicabla bağlı məhdudiyyətlərin tətbiqi hüquqi mübahisələrə səbəb olur. Məsələ ilə bağlı fikirlərini bölüşən hüquqşünas hesab edir ki, Nazirlər Kabinetinin qərarında yer alan dünyəvilik prinsipi ilə bağlı müddəa konkret deyil və bu əsasla şagirdlərin hicab taxmasına məhdudiyyət qoyulması hüquqi baxımdan suallar yaradır”.

Bunu Median.Az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib.

O deyib ki, indiyədək vahid məktəbli formasının hansı qaydada və hansı hüquqi əsaslarla müəyyənləşdirildiyi məsələsi dəqiqləşdirilməlidir:
“Nazirlər Kabinetinin son qərarında formanın dünyəvilik prinsiplərinə zidd olmaması qeyd edilsə də, bu anlayışın ümumi xarakter daşıması onun necə tətbiq olunacağı ilə bağlı qeyri-müəyyənlik yaradır. Dünyada bəzi ölkələrdə məktəblərdə hicabın taxılmasına məhdudiyyətlər tətbiq olunur. Fransa və Avstriyada bu məsələ qanunvericiliklə tənzimlənir. Avstriyada müvafiq məhdudiyyətlərin əhatə dairəsi və tətbiq qaydaları fərqlənir”.
O, həmçinin Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan və Kosovoda da bu istiqamətdə müəyyən məhdudiyyətlərin olduğunu qeyd edib:
“Azərbaycanda vətəndaşların konstitusion hüquqlarına, o cümlədən vicdan azadlığına məhdudiyyət yalnız qanunla müəyyən edilə bilər. Buna görə də onun qənaətinə əsasən, belə bir məhdudiyyətin Nazirlər Kabinetinin qərarı ilə tətbiq olunması hüquqi baxımdan mübahisəlidir. Uşaq hicabını çıxarmaq istəmədiyi üçün məktəbə getməzsə, valideynin uşağın təhsil almasını təmin etməməsi əsası ilə 100 manat məbləğində cərimələnməsi məsələsi gündəmə gələ bilər. Lakin məktəbə getməmək qərarını valideyn deyil, uşağın özü verərsə, məsuliyyət məsələsi daha mürəkkəb xarakter alır. Belə bir vəziyyətdə hüquqi boşluq yarana bilər. Nəticədə nə valideynin, nə də uşağın məsuliyyətə cəlb edilməsi mümkün olmaya bilər. Eyni zamanda, mübahisənin həlli üçün aydın hüquqi mexanizmin olmaması uşağın təhsildən kənarda qalması riski yarada bilər”.

Ayselскачать dle 11.3
Mojo.az Banner