Mojo.az Banner
17:58 İtkin düşən 5 nəfər tapıldı  |     17:49 Universitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?  |     17:39 "OnlyFans"ın sahibi 43 yaşında öldü  |     17:11 Azərbaycan ərazisindən keçməklə Ermənistana gübrə və qarabaşaq göndəriləcək  |     16:59 Qırğızıstanın DİN rəhbəri siqaret çəkdiyinə görə cərimələndi  |     16:42 Azərbaycan klubu səfərə getməyə pul tapmır  |     16:37 Seyfəddin Dəmirlini aldadıb 400 min almaq istəyiblər - FOTO  |     16:30 Müctəba Xameneiyə nə olub? - Ali liderin səssizliyi ətrafında söz-söhbətlər böyüyür  |     16:19 Kim Çen In Rusiyaya gedəcək  |     16:16 Azərbaycan Müdafiə Nazirliyindən PUA-larla bağlı XƏBƏRDARLIQ  |     15:42 Azərbaycan XİN: "Rusiya tərəfindən izahat gözləyirik"  |     15:18 Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır  |     15:15 Naxçıvanda evdən iki nəfərin meyiti tapıldı - ARAŞDIRMA APARILIR  |     14:58 İrandan ABŞ-yə Hörmüz boğazı ilə bağlı SƏRT XƏBƏRDARLIQ  |     13:00 Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?  |     12:25 Ağdaşda AİLƏ FACİƏSİ: Oğul anasını öldürməkdə şübhəli bilinir  |     12:23 Bu gündən Bakının 42 ünvanında yollarda hərəkət məhdudlaşdırılır - SƏBƏB  |     12:21 Böyrək xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlanıb  |     12:18 Bakıda parkın ərazisi niyə hasarlanıb? - Sakinlərdən ŞİKAYƏT - Video  |     12:11 569 nömrəli marşrutdan daha bir ŞİKAYƏT: Bayram günü avtobus xarab oldu, sərnişinlər yolda qaldılar  |    
Left Banner
Right Banner

Valideynlərə xəbərdarlıq: Uşaqlarda buna diqqət edin

25.12.2025 22:40 420
Valideynlərə xəbərdarlıq: Uşaqlarda buna diqqət edin
Son illər sosial şəbəkələrdə azyaşlı uşaqların yaşlarına uyğun olmayan davranışlarla təqdim edilməsi cəmiyyətdə ciddi narahatlıq doğurur. Saç boyatma, süni dırnaq qoyma, ağır makiyaj və "böyüklər kimi” görüntülərin uşaqlara böyüklər tərəfindən aşılanması uşaqlığın  erkən mərhələdə əlindən alınması kimi qiymətləndirilir.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov açıqlamasında deyib ki, sözügedən məsələ uşağın psixoloji inkişafına birbaşa təsir edən çox ciddi və çoxqatlı problemdir:

"Bu mövzu təkcə estetik və ya dəb məsələsi deyil, uşağın psixoloji inkişafına birbaşa təsir edən çox ciddi və çoxqatlı problemdir. Son illər sosial şəbəkələrin təsiri ilə azyaşlı uşaqların yaşlarına uyğun olmayan davranışları "normal” və hətta "cəlbedici” kimi təqdim olunur. Saç boyatma, dırnaq qaynağı, makiyaj, böyüklərə xas pozlar və danışıq tərzi uşaqlıq dövrünün təbii axarını pozan riskli tendensiyalardır. Psixologiyada uşaqlıq dövrü şəxsiyyətin əsaslarının formalaşdığı ən həssas mərhələ hesab olunur. Bu dövrdə uşaq özünü kəşf etməli, oyun vasitəsilə dünyanı anlamalı, emosiyalarını təhlükəsiz şəkildə ifadə etməyi öyrənməlidir. Uşağın bu mərhələdə "böyüklər kimi görünməsi” və ya "böyüklər kimi davranması”na yönəldilməsi onun daxili inkişaf ritmini pozur”.

Psixoloq vurğulayıb ki, böyüklərə xas davranışlar uşağın psixikasında vaxtından əvvəl gərginlik yaradır:

"Xarici görünüş üzərindən kimlik formalaşdırmağa başlayan uşaq zamanla öz dəyərini də yalnız görünüş, bəyənilmə və təsdiqlənmə ilə ölçməyə başlayır. Bu prosesin ən təhlükəli tərəfi ondan ibarətdir ki, uşaq hələ emosional olaraq hazır olmadığı rolları daşımağa məcbur qalır. Böyüklərə xas davranışlar uşağın psixikasında vaxtından əvvəl gərginlik yaradır. Bu isə gələcəkdə emosional tükənmə, özünə inamsızlıq, bədən imici pozuntuları, sosial narahatlıq və daxili boşluq hissi kimi problemlərlə özünü göstərə bilər. Uşaq zahirən "böyük” görünsə də, daxilən özünü güvənsiz və qorunmamış hiss edir”.

Ekspert qeyd edib ki, burada əsas məsuliyyət böyüklərin üzərinə düşür:

"Valideynlər, yaxın ətraf və hətta sosial media platformalarında kontent yaradan şəxslər uşağa ötürdükləri mesajların fərqində olmalıdırlar. Uşaq valideynin dediyini yox, gördüyünü təkrarlayır. Əgər valideyn üçün əsas dəyər gözəllik, estetik görüntü və sosial şəbəkə reaksiyalarıdırsa, uşaq da özünü sevilməyə layiq hiss etmək üçün bu yolla getməyə çalışacaq. Bu isə uşağın daxili dünyasının kölgədə qalmasına səbəb olur. Unutmaq olmaz ki, uşaqlıq bir dəfə yaşanır və geri qayıtmır. Uşağın uşaq kimi qalmaq hüququ var. Onun oyun oynamaq, səhv etmək, sadə olmaq, fantaziya qurmaq haqqı var. Bu haqqı əlindən almaq, onu böyüklərin dünyasının qayğıları və estetik standartları ilə erkən yaşda üz-üzə qoymaq psixoloji baxımdan ciddi risk daşıyır. Valideynin əsas vəzifəsi uşağı "gözəl göstərmək” yox, onu emosional olaraq güclü, özünü dəyərli hiss edən və sağlam şəxsiyyət kimi böyütməkdir”.//azxeber.com
скачать dle 11.3
Mojo.az Banner