Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Boşanmış ailələrdə uşaqlar zorakılığa məruz qalırlar" - Ombudsman

21.11.2019 13:45 1 723
"Azərbaycanda uşaqların zorakılığa məruz qalmasının səbəblərindən biri də çoxsaylı boşanmalardır. Çünki belə ailələr arasında münaqişələr və kobud rəftarlar baş verir. Uşaqlar da bunu həm görür, həm də şiddətə məruz qalırlar".

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova "Uşaqlara qarşı zorakılığın qarşısının alınması və ləğv edilməsi" mövzusunda keçirilən konfransda deyib.

E.Süleymanova bildirib ki, ölkədə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri də məlumdur: "Səbəblərdən biri qaçqın və məcburi köçkün ailələrində valideyn himayəsinin daha zəif olmasıdır. Erkən nikahlar da bu səbəblərə aiddir. Digəri məişət zorakılığıdır ki, bu da dünyanı bürüyüb, bizdə də müşahidə olunur. Həmçinin mətbuatda, sosial şəbəkələrdə yayılan faktlar, uşaqlara qarşı zorakılığın ifrat dərəcədə göstərilməsi şübhəsiz ki, uşaqlara təsirsiz ötüşmür".

O qeyd edib ki, uşaqların belə zorakılıqlara məruz qalması psixoloji travma yaradır: "Bu, onların fiziki, əqli inkişafına mənfi təsir göstərir, onlarda güclü psixoloji stresslərə səbəb olur. Bundan başqa, bəzən erkən yaşda qızlarımız dünyaya uşaq gətirirlər. Belə faktlar az sayda olsa da, Azərbaycanda da müşahidə olunur. Belə körpələr də fiziki və ya əqli qüsurlu olur. Bunlar hamısı uşaqlara mənfi təsirini göstərir".скачать dle 11.3

Son xəbərlər