Cinsi zorakılığa məruz qalan uşaqlar məhkəmədə dindirilməsinlər - TƏKLİF
“Report”un xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva “Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi Komitəsinin (CEDAW) tövsiyələrində uşaqların məhkəmə qarşısına çıxarılıb danışdırılması müsbət hal kimi qarşılanmır:
“Xüsusilə cinsi zorakılığa məruz qalan uşaqlar bir pəncərə sistemi vasitəsilə məhkəmə qarşısına çıxarılmadan dindirilməlidir”.