Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:00 Şənbə günü 21 dərəcə isti olacaq | 21:53 Mingəçevirdə həkim vəfat etdi | 21:48 Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO | 21:40 Milyonçu futbolçular açıqlandı | 21:35 Rusiya bu ölkəyə nota verdi | 21:35 Şirvan sakini boyun nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirlib | 21:15 "Sabah" "Sumqayıt"ı darmadağın edərək liderliyə yüksəldi | 21:01 Dənizin altında 9500 illik itmiş şəhər tapıldı - Tarixi dəyişə bilər | 20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq |
Mojo.az Avto
Mojo.az Avto

Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO

20.11.2026 21:48 51
Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO
Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində, Məhəmməd Xiyabani küçəsi, 44 ünvanında yerləşən «yarımçıq məktəb» ərazisinin gələcək taleyi sakinlərin narazılığına səbəb olub.

Median.Az
Xəzər Tv-yə istinadən xəbər verir ki, illərdir həmin sahənin Yeni Yasamal parkının genişləndirilməsi üçün istifadə olunacağını gözləyən sakinlər burada yeni çoxmərtəbəli binaların tikilə biləcəyindən narahatdırlar.

Sakinlərin sözlərinə görə, 2018-ci ildə burada yeni park salınıb. Ərazisi kiçik olduğundan müvafiq icra orqanlarına parkın genişləndilməsi ilə bağlı tapşırıq verilib. Lakin hazırda ərazinin tikinti üçün istifadə olunacağı iddia edilir. Digər narahatlıq doğuran məqam ərazidə 300-dən artıq çoxillik ağacın olmasıdır. Sakinlər yaşıllıqların məhv edilməsindən və yeni tikililərin onsuz da sıx məskunlaşmış ərazidə yaşayış şəraitini daha da çətinləşdirəcəyindən ehtiyat edirlər.

Sakinlərin iddiasına aydınlıq gətirmək məqsədilə "Şərur" MTK-nın rəhbəri İsfədiyar Axundovla əlaqə saxladıq. O, məsələyə belə münasibət bildirdi: "Cammat mənə deyir ki, burada tövlə bizi öldürür. Gəl buranı al, canımızı qurtar. Mən də gedib baxmişam, amma almıram, xoşum gəlmir oradan".

Yasamal Rayon İcra Hakimiyyətindən bildirldi ki, “Yeni Yasamal 2” yaşayış sahəsində illər öncə yenidənqurma və abadlıq işləri aparılıb və "Yeni Yasamal istirahət parkı"nın bilavasitə yanındakı ərazidə 1,26 ha torpaq sahəsi "Şərur" MTK-ya ayrılıb. Hazırda yarımçıq tikilidə məskunlaşmış məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı ilə əlaqədar boşalan otaqların möhürlənməsi və digərləri tərəfindən zəbt olunmasının qarşısının alınması məqsədilə görülən tədbirlərdə MTK-nın nümayəndələrinin maraqlı tərəf kimi ərazini nəzarətdə saxlaması hələlik yaşamaqda davam edən bəzi ailələrin narazılığına səbəb olur və onlar əsassız iddialar irəli sürürlər.


Son xəbərlər