Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO |
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda bu yataqxanalar söküləcək — İcra Hakimiyyətindən açıqlama

03.08.2026 16:15 2 259
Sumqayıtda bu yataqxanalar söküləcək — İcra Hakimiyyətindən açıqlama
Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qara Qarayev küçəsində yerləşən 5 saylı yataqxananın sakinləri redaksiyamıza müraciət edərək yaşadıqları binanın gələcək taleyi ilə bağlı narahatlıqlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, 5 mərtəbəli yataqxana uzun illərdir istismar olunur və hazırkı vəziyyəti yararsız hesab edilir. Onlar binanın sökülməsi nəzərdə tutulan yaşayış binaları siyahısına daxil edilib-edilmədiyini öyrənmək istəyirlər.

Bununla yanaşı, sakinlər bildirirlər ki, binanın ətrafında uşaqların asudə vaxtını keçirə biləcəyi park, oyun meydançası və ya sakinlərin istifadəsi üçün skamyalar yoxdur. Onlarda belə bir fikir formalaşıb ki, ərazidə abadlıq işlərinin aparılmaması gələcəkdə söküntü nəzərdə tutulması ilə bağlı ola bilər.

Məsələ ilə bağlı Median.Az-a açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və yaşayış üçün təhlükə yaradan binaların mərhələli şəkildə sökülərək yerində müasir yaşayış komplekslərinin inşa edilməsi istiqamətində işlər həyata keçirilir.

"Bu çərçivədə əvvəlki illərdə bir neçə yataqxana binası sökülmüş, onların yerində yeni yaşayış binalarının tikintisi həyata keçirilmişdir.
Hazırda isə bu proses 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə davam etdirilir. Gələcək mərhələlərdə də istismar müddətini başa vurmuş qəzalı binaların mərhələli şəkildə sökülməsi və onların yerində müasir yaşayış komplekslərinin tikilməsi nəzərdə tutulur", — deyə Sumqayıt Şəhər İcra Hakimiyyəti bildirib.

Dəniz Pənahova
Median.Az

Son xəbərlər