Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda qəzalı yataqxana sakinləri: “Hər gün təhlükədəyik”

23.09.2021 17:01 1 113
Sumqayıtda qəzalı yataqxana sakinləri: “Hər gün təhlükədəyik”
Sumqayıtda yataqxana sakinlərinin həyatı təhlükədədir.

Bu barədə Oxu.Az-ın redaksiyasına sakinlər tərəfindən müraciət daxil olub.

Söhbət şəhərin 15-ci məhəllə adlandırılan ərazisindən gedir. Belə ki, köhnə adı 85 nömrəli peşə liseyi olan və hazırda 2 saylı yataqxana kimi tanınan uçuq-sökük binanın sakinləri hər gün uçqun altında qalmaq təhlükəsi ilə yaşayır.

Sakinlər deyir ki, yataqxana illərdir qəzalı vəziyyətdədir:

“Yataqxanada qaz, su və işıq xətləri yararsız haldadır. Binanın sağ və sol sütun əsas divarlarında çökmə olub. Hələ 2019-cu ildə Fövqəladə Hallar Nazirliyinin ekspert rəyi əsasında yataqxananın sökülməsi qeyd edilib. Qəzalı olduğu təsdiqlənib. Lakin artıq illərdir heç bir tədbir görülmür. Yataqxana sakinləri olaraq istəyimiz budur ki, aidiyyəti qurumlar ya binanın təmir olunmasını, ya da sökülüb yenidən tikilməsini həyata keçirsinlər. Hər gün təhlükə ilə üz-üzə yaşayırıq”.

Əldə etdiyimiz məlumata görə, qəzalı vəziyyətdə olan bina Sumqayıt Dövlət Universitetinin (SDU) balansındadır.

Məsələ ilə bağlı universitetlə əlaqə saxladıq. Universitetin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, sözügedən yataqxana binası 1993-cü ilə qədər Texniki Peşə Məktəbi kimi fəaliyyət göstərib:

“1993-cü ildə həmin binaya məcburi köçkünlər yerləşdirilib. Artıq 1995-ci ildən etibarən məcburi köçkünlər binada yaşaya-yaşaya yataqxana universitetin balansına verilib. 2018-ci ildə yataqxanada yaşayan məcburi köçkünlər dövlət tərəfindən qeydiyyata alınıb və evlə təmin ediliblər. Lakin hazırda orada yaşayanlar şəhər sakinləridir. Onlar o dövrdən yataqxanada boş olan mənzillərdə məskunlaşıb yaşayanlardır. Amma onların köçürülməsi məsələsinə biz baxmırıq. Şəhər sakinlərinə köçürülmə və ev istəkləri ilə bağlı aidiyyəti üzrə digər qurumlara müraciət etmələri tövsiyə edilir”.

Eyni zamanda binanın qəzalı vəziyyətdə olması ilə bağlı iddialara cavab olaraq bildirilib ki, hazırda binada əsaslı təmir-bərpa işlərinin aparılmasına dair onlarda rəy yoxdur:

“Binanın qəzalı vəziyyətdə olması məsələsinə gəlincə isə Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyinə dair bizdə məlumat yoxdur. 1 saylı yataqxana ilə bağlı müvafiq rəy verildi və binanın əsaslı təmir-bərpa işlərinə başlanıldı. İlin sonuna qədər işlərin tam yekunlaşması planlaşdırılır. Lakin 2 saylı yataqxanın qəzalı vəziyyətdə olduğuna və ya əsalı təmir edilməsi ilə bağlı bizə heç bir rəy və tapşırıq verilməyib. Belə bir rəy olarsa, təbii ki, balansımızda olan 2 saylı yataqxananın da təmir işlərinə başlanılacaq”.скачать dle 11.3
Mojo.az Banner