Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə |
Mojo.az Avto
Mojo.az Avto

Ölkə ərazisində istilik mövsümü başlayır

14.11.2026 13:01 87
Ölkə ərazisində istilik mövsümü başlayır
Noyabrın 15-dən Bakıda və respublikanın digər ərazilərində istilik mövsümü başlayacaq.

Bu barədə "Azəristiliktəchizat" ASC-dən məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabinetinin 2026-cı il 4 may tarixli 128 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə Qaydaları"na əsasən, həmin ərazilərdə mövsüm 2027-ci il aprelin 15-dək davam edəcək.

Cəmiyyətin xidmət göstərdiyi, iqlim şəraiti nisbətən soyuq olan 18 rayonda isə istilik verilişinə noyabrın 1-dən başlanıb.

Mövsümə hazırlıq dövründə istilik təchizatı obyektlərinin etibarlı və dayanıqlı fəaliyyəti üçün təmir-bərpa və texniki xidmət işləri görülüb. 12 153 metr istilik xətti yenilənib, 5 458 kvadratmetr izolyasiya örtüyü bərpa olunub. 30 qazan aqreqatı əsaslı, 182-si cari təmir edilib, 1131 qazanın qızma səthi mexaniki üsulla təmizlənib. Bu tədbirlər qış aylarında avadanlıqların təhlükəsiz istismarına və istilik təchizatında fasilələrin qarşısının alınmasına yönəlib.

Həmçinin nasos və mühərriklər, 5 282 siyirtmə cari təmir olunub, 22 dəst nasos yenilənib, 60 kilometr yeraltı və 75 kilometr yerüstü qaz xətti yoxlanılıb.

Mövsüm ərzində 88 mindən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğuya xidmət göstəriləcək.

Köhnə qazanxanaların yenilənməsi də davam etdirilib.

2026-cı ilin investisiya proqramı çərçivəsində Bakı İstilik Elektrik Mərkəzindən qidalanan 2 istilik məntəqəsi qazanxanaya çevrilib, 1 köhnə qazanxana modernləşdirilib. Bu layihə çərçivəsində xarici qaz, elektrik və su təchizatı sistemləri, eləcə də məhəllədaxili istilik xətləri yenidən qurulub.

Qazanxanaya çevrilən istilik məntəqələri Xətai rayonunun Gəncə prospektindəki 27 çoxmərtəbəli yaşayış binasının və 2 uşaq bağçasının, modernləşdirilən qazanxana isə 19 yaşayış binasının, 1 uşaq bağçasının, 2 səhiyyə obyektinin və 20 digər obyektin keyfiyyətli və dayanıqlı istilik təchizatına xidmət edəcək.

Cəmiyyətin daxili imkanları hesabına Sumqayıt şəhərində və Sabunçu rayonunda köhnə qazanxanalar modul tipli qazanxanalarla əvəz olunub. İsmayıllıda isə istismara yararsız qazanların əvəzinə 0,35 Qkal/saat gücündə qazan qurğusu quraşdırılıb.

"Azəristiliktəchizat" ASC-nin xidmət şəbəkəsinə ümumilikdə 549 qazanxana, 87 istilik məntəqəsi və 2 yüksəldici nasos stansiyası daxildir. Cəmiyyətin xidmətləri 3838 yaşayış binasını, 272 məktəbi, 159 uşaq bağçasını, 142 səhiyyə obyektini, büdcədən maliyyələşdirilən 167 digər təşkilatı və 2666 digər təsərrüfat obyektini əhatə edir. İstilik təchizatı ilə bağlı müraciətlər "956" çağrı mərkəzi vasitəsilə qəbul olunur.

Son xəbərlər